2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Nemət Pənahlı: “Hökumət aksiyaçılara pul paylayır”

nemet-penahli1Nemət Pənahlı saxlanılmasından danışdı: “Mənəviyyata sığmayan aksiyaya etiraz etdiyim üçün”

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Əbülfəz Allahverdiyev bu gün günorta saatlarında saxlanılıblar. Buna səbəb Pənahlı ilə eyni binada yaşayan AXCP sədri Əli Kərimliyə qarşı təşkil olunan növbəti aksiya olub. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında N.Pənahlının saxlanma səbəbini belə izah edib: “Nemət Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb. Ona rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.

Nemət Pənahlı isə baş verənləri belə nəql edib: “3 gündür ki, heç bir əxlaqa, mənəviyyata, məntiqə sığmayan hadisə baş verir. Mənim də yaşadığım binanın qarşısında hökumətin təşkil etdiyi adamlar Əli bəyə etiraz edir. Sanki Qarabağ məsələsində Əli bəy günahkardır. Mənim evimdə iki xəstə var. İki gün idi ki, birtəhət dözürdüm bunların hərəkətinə. Bu gün nəhayət dedim ki, axı nə istəyirsiz? Məgər Əli Kərimli qoymur sizi Qarabağı almağa? Mənəviyyata sığmayan bu aksiyaya etiraz etdiyim üçün polis tərəfindən saxlanıldım. Rəsmi şəkildə heç nə demədilər, amma yəqin ki, aktlaşdıracaqlar. Bütün bu biabırçılığı özləri təşkil ediblər. Hökumət ordakı adamlara pul paylayır bu aksiyaya görə. Polis isə dirijorluq edir”. (azadliq.info)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button