Now Reading:
Neoosmançı Ali Məhkəmə sədri Heydər Əliyevi yox, Sultan Süleymanı seçdi – FOTO+FAKT

Neoosmançı Ali Məhkəmə sədri Heydər Əliyevi yox, Sultan Süleymanı seçdi – FOTO+FAKT

Ali Məhkəmənin sədri Ramiz Rzayev ya Osmanlı imperatorluğunun tarixini gözəl oxuyub, ya neoosmançılıq ideyalarının təbliğatçısıdır, ya da məşhur “Sultan Süleyman” serialının alovlu tamaşaçısıdır.

 


Hər halda başqa bir izahı olsaydı, Azərbaycan femidasının ali instansiyasının sədri başı üzərinə Sultan Süleyman Qanuninin portretini asmazdı.
24saat.org-un Vyetnam Milli Məclisinin sədri müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə Ramiz Rzayevin görüşündə həmin portret diqqət çəkib.
Ali Məhkəmənin sədri Ümumilli lider hesab etdiyi Heydər Əliyevin portreti yerinə, Sultan Süleyman Qanuninin tablosunu başı üzərinə asıb. O, bununla ədalətin və qanunun məhz Sultan Süleyman dövründə olduğuna işarə edib.
Hətta Türkiyə Cümhuriyyətində məhkəmə salonlarında Osmanlı imperatorunun portretinə rast gəlmək mümkün deyil.
Azərbaycanı bir neçə əsr geriyə qaytaran Ramiz Rzayev sağ olsun ki, bizi 15-16-cı əsrlərə aparıb. Görünür, cənab sədr üçün orta əsrlər daha ədalətli olub və etiraf edib ki, Azərbaycanda femidanın anasını ağladıblar.
Sultan Süleyman Qanuni həqiqətən də ədalətli şah olub. Amma hüquqi, suveren, unitar və dünyəvi bir ölkə olan Azərbaycanda niyə Osmanlı dövründəki ədalətə istinad olunub, anlamaq mümkün deyil.
Hörmətli Ramiz Rzayevin də bu yanaşmasına təəccüblənməmək mümkün deyil. Mümkün deyil, heç cür anlamaq mümkün deyil ki, vyetnamlı qonaqlarla görüşdə H.Əliyevin yox, S.Süleymanın niyə portreti baş üzərinə asılıb…

Görüşdən fotoları təqdim edirik:

 

Input your search keywords and press Enter.