Now Reading:
Netanyahu: “Rusiya-İran əməkdaşlığından narahatıq”

Netanyahu: “Rusiya-İran əməkdaşlığından narahatıq”

İsrail Rusiya-İran əməkdaşlığından narahatdır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

“Rusiya-İran əməkdaşlığı bizi çox narahat edir. Mən prezident Putinə də demişəm ki, İran tək bizim üçün yox, sonda, sizin üçün də təhlükə mənbəyidir”, – deyə Netanyahu bildirib.

Netanyahu, həmçinin, İranın Suriyada hərbi nöqteyi nəzərdən möhkəmlənməsinə yol verməməyə çağırıb: “Əgər İran öz planlarını gerçəkləşdirə bilsə, yəni Suriyanın Aralıq dənizindəki dəniz limanlarından birini nəzarətə götürsə, onda İsrailin dəniz yolları boyunca İranın sualtı qayıqları üzməyə başlayacaq”.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.