Now Reading:
Netanyahu Trampa təşəkkür etdi

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ prezidenti Donald Trampa və Birləşmiş Ştatların BMT yanındakı daimi nümayəndəsi Nikki Heylə təşəkkür edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, İsrailin hökumət başçısı müvafiq bəyanatı “Facebook” sosial şəbəkəsində yerləşdirib.

“Siz həqiqət şamını yandırdınız. Siz qaranlığı qovdunuz. Bir döyüşçü orduya qalib gəldi, həqiqət yalana qalib gəldi”, – deyə yəhudi dövlətinin hökumət başçısı bildirib.

Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib. İclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin Birləşmiş Ştatlar veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdəiki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.