2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Netanyahudan Putinə: “Bu ərazilər İsrailindir”

Colan Təpələri İsrailin nəzarəti altında qalacaq.

Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib:

“Biz o günlərə qayıda bilmərik ki, İsrail ərazisi Colan Təpələrindən atəşə tutulsun. Buna görə də ya müqavilə çərçivəsində, ya da müqaviləsiz Colan Təpələri İsrailin suveren ərazisi kimi qalacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumətin yaranmasının birinci ildönümü ilə bağlı aprelin 18-də keçirdiyi dünənki tədbirdə beynəlxalq cəmiyyətin İsrailin Colan Təpələri üzərindəki suverenliyini tanımalı olduğunu deyib.

İsrailin hökumət başçısının bəyanatları Dəməşqin sərt reaksiyası ilə qarşılaşıb. Suriya xarici işlər nazirinin müavini Feysal Mekdad vurğulayıb ki, ölkəsi nəyin bahasına olursa-olsun işğal olunan ərazini geri qaytaracaq.

Qeyd edək ki, Colan Təpələri 1967-ci ildə “altıgünlük müharibə”nin gedişatında İsrail tərəfindən işğal olunub. İsrail 1981-ci ildə Colan təpələrini öz ərazisinə qatıldığını rəsmən elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button