24saat.org Netanyahunun sürücüsü manyak imiş... -Gözlənilməz - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Netanyahunun sürücüsü manyak imiş… -Gözlənilməz

Netanyahunun sürücüsü manyak imiş… -Gözlənilməz

İlan Şmuel 1988-ci ildən bəri 100-dən çox azyaşlı qıza təcavüz edib…

2011-ci ilədək İsrailin baş naziri Binyamin Netanyahunun sürücüsü olmuş İlan Şmuel 27 il müddətinə azadlıqdan məhrum edilib. Moderator.az-ın İsrailin məşhur “Yerusalüm post” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, buna səbəb istintaq tərəfindən onun uzun illər azyaşlı qızları zorlamaqla məşğul olmasının müəyyən edilməsidir. Məlum olub ki, o, 1988-ci ildən sonrakı 20 il ərzində  100-dən çox  azyaşlı qıza qarşı seksual zorakılığa yol verib. Onun qurbanları əsasən 9-12 yaşlı qızlar olub. 54 yaşlı İ.Şmuel məhkəmə tərəfindən 27 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, baş nazirin keçmiş sürücüsü  öz qurbanlarına 640 min şekel(təxminən 167 min dollar) məbləğində kompensasiya ödəməlidir.
Xartırladaq ki, İ.Şmuel 2009-cu ildən İsrailin hökumət başçısı  olan  B.Netanyahunun 2011-ci ilədək sürücüsü işləyib. Yalnız baş nazirin dəftərxanası İ.Şmuelə qarşı zorlama işləri ilə bağlı istintaq aparıldığını öyrəndikdən sonra o, işdən azad edilib.
Sultan Laçın
P.S. Maraqlıdır ki,  bir şəxsin 23 il ərzində  zorlama kimi ağır və qeyri-insani cinayət törətməsi nədən İsrail hüquq-mühafizə orqanlarının gözündən yayınıb. Bəs  demək olar ki, manyak olan bu  məxluqu ölkə liderinə sürücü kimi işə götürən hökumət və təhlükəsizlik orqanları onun keçmişi ilə maraqlanmayıbmı?

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.