2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Netflix” platforması “La Casa de Papel” aludəçiləri üçün qeyri-adi addım atdı

Tamara mustafayeva, Banco.az

“Netflix” platformasının olduqca bəyənilən layihələrindən biri olan İspan istehsalı “La Casa de Papel” serialının hər bir mövsümü yayımlandığı əsnada böyük səs-səda gətirir. Serialın yayımlanmasından dərhal sonra bəzi istifadəçilər tez bir zamanda bütün seriyaları izləyib sosial media hesablarında bu barədə video və fotoşəkillər yerləşdirməklə “spoiler” vermiş olurlar.

“Netflix” şirkəti də bundan məmnun olmadığı üçün fərqli üsula əl ataraq vəziyyəti lehinə çevirməyə nail olub. Belə ki, serial yayımlanandan dərhal sonra sürətlə izləyib bitirən və sosial şəbəkələrdə ən çox “spoiler” verən istifadəçilər müəyyən edilərək serialın sonuncu mövsümünün xüsusi premyerasına dəvət qazanacaqlar. 

Saytların yığılması Saytlarin yigilmasi

Madrid şəhərindən yola düşəcək təyyarədə baş tutması planlaşdırılan bu xüsusi premyera sadəcə sözügedən istifadəçilər üçün nəzərdə tutulub. Bununla da, həmin istifadəçilər təyyarədə mobil telefonlardan istifadə edə bilməyəcəkləri üçün 5 saat ərzində “spoiler” verə bilməyəcəklər.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button