2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə start verir

    Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin implantına sahib olan şəxslər fikir gücü vasitəsilə kompüteri idarə edə biləcəklər. Şirkətin yeni beyin implantı Stentrode adını əldə edib. Bu implant beyin siqnallarını qəbul edərək onları pasientin döş qəfəsi hissəsində dərinin altına yerləşdirilmiş qəbulediciyə ötürür. Daha sonra beyin siqnalı qəbuledicidən kompüterə ötürülür və nəticədə pasient fikir gücü vasitəsilə kompüteri idarə edə bilir. Şirkət elan edib ki, o öz implantını ABŞ-da insanlar üzərində ilk testlərə start verir. Beləliklə şirkətin Stentrode adlı implantı 6 nəfər iflic pasientə inteqrasiya ediləcək. Synchron əmindir ki, onun beyin implantı vasitəsilə iflic şəxslər fikir gücü vasitəsilə kompüteri idarə edərək digər şəxslərə mətnli mesajlar, elektron məktublar göndərə və hətta internetdə alış-veriş edə biləcəklər. Stentrode adlı beyin implantı nitinol adlı ərintidən hazırlanmış çərçivəyə sahibdir. Bu, titan nikel ərintisidir.

Saytların yığılması Saytlarin yigilmasi

    Beyin implantının sahib olduğu çərçivə isə öz növbəsində beynin neyron siqnallarını qəbul edə bilən elektrodlarla təchiz olunub. Sözügedən implant beyindəki motor qabığının (ixtiyari hərəkətlərin planlaşdırılması, idarəsi və həyata keçirilməsindən cavabdeh olan hissə) altında yerləşən qan damarına inteqrasiya edilə bilər. İmplantın yerləşdirilməsi üçün pasientin boyun hissəsində kiçik kəsik reallaşdırmaq lazımdır. Sözügedən əməliyyat ürək damarına stentin yerləşdirilməsi əməliyyatına bənzəyir. Beləliklə implant qan damarına yerləşdiriləndən sonra elektrodlar damarın divarlarına sıxılırlar və beyindən gələn neyron siqnallarını qəbul etməyə başlayırlar. Qəbul edilən bu siqnallar daha sonra pasientin döş qəfəsi hissəsində dərisinin altına yerləşdirilmiş qəbuledici cihaza ötürülür.

    Sonda isə həmin qəbuledici cihaz beyin siqnallarının kompüterə ötürülməsini reallaşdırır. Bu üsul ilə pasient kompüter ekranında əks olunan virtual klaviaturanı və ya mouse işarəsini idarə edə bilər. Qeyd etmək lazımdır ki, bu, Stentrode implantının dünyadakı ilk testləri olmayacaq. Sadəcə olaraq implant ABŞ-da ilk dəfə test olunacaq. Daha öncə sözügedən implant Avstraliyadan olan 4 nəfər pasient üzərində test olunub. Həmin testlər nəticəsində məlum olub ki, bu texnologiya təhlükəsizdir və onun əks təsirləri yoxdur. Və ən əsası da odur ki, beyin implantını əldə etmiş şəxslər həqiqətən də fikir gücü vasitəsilə kompüteri idarə edə biliblər. Synchron beyin implantlarını insanlar üzərində test edən ilk şirkətdir. Onun rəqibi olan Neuralink isə öz testlərini hələ ki, heyvanlar üzərində reallaşdırıb.

24 saat” “Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə start verir” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button