2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Neymar Messi və Ronaldunu geridə qoydu

Avropada illik qazancı ən çox olan 10 futbolçu müəyyənləşib.

24saat.org anspress-ə istinadən bildirir ki, “Barselona”lı Neymar komanda yoldaşı Lionel Messi və “Real”ın ulduzu Kriştianu Ronaldunu geridə qoyaraq birinci olub.

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeunun bu yaxınlarda verdiyi açıqlamda katalonların Neymarla yeni müqavilə imzalamağa hazırlaşdığı qeyd olunub. Klub rəhbərinin sözlərinə görə, tərəflər arasında 5 illik sözləşmə imzalanacaq. Qarşıdakı günlərdə “Barsa” əzəli rəqibi “Real”ın israrla transfer etməyə çalışdığı futbolçusu ilə müqaviləni rəsmiləşdirəcək. Neymarın Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

Saytların yığılması Saytlarin yigilmasi

Neymar yeni müqavilənin şərtlərinə görə, indi daha çox qazanacaq. İndiyədək həftədə 250 min funt-sterlinq (təxminən 547 min manat – red.) alan futbolçu bundan sonra həftədə 500 min funt-sterlinq (təxminən 1 milyon 9 min manat – red.) qazanacaq.

1. Neymar (Barselona) – 56 milyon avro
2. Lionel Messi (Barselona) – 50 milyon avro
3. Kriştianu Ronaldu (Real) – 47,5 milyon avro
4. Zlatan İbrahimoviç (Mançester Yunayted) – 26,7 milyon avro
5. Qaret Beyl (Real) – 21,4 milyon avro
6. Ueyn Runi (Mançester Yunayted) – 16,9 milyon avro
7. Luis Suares (Barselona) – 16 milyon avro
8. Andres İnyesta (Barselona) – 16 milyon avro
9. Eden Hazard (Çelsi) – 16 milyon avro
10. Serxio Aquero (Mançester Siti) – 15,1 milyon avro

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button