2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Nicat Əmiraslanova qarşı edilənlər bütün hədlərin aşılmasıdır”

AXCP sədri Əli Kərimli Qazaxda həbs edilən jurnalist Nicat Əmiraslanovun fiziki işgəncəyə məruz qalmasını pisləyən açıqlama yayıb. AXCP sədri feysbuk səhifəsində yazıb:

NİDA hərəkatının fəalı, gənc jurnalist, 30 sutka müddətinə inzibati həbs edilmiş Nicat Əmiraslanova qarşı edilənlər bütün hədlərin aşılmasıdır. Soruşursunuz ki, hansı hədləri deyirəm? Əlbəttə, insanlıq həddini. Bu gənci dəhşətli işgəncələrə məruz qoyublar, vurub bütün dişlərini sındırıblar. Qanunsuz olaraq zəbt etdikləri hakimiyyəti qoruyub saxlamaq, tam olaraq ailə hakimiyyətinə çevirmək üçün hər cür cinayətə əl atırlar. Anlamırlar ki, repressiyalar, həbs və işgəncələr əbədi hakimiyyətə təminat versəydi, Qəddafinin, Mübarəkin, Ben Əlinin, Səddamın, Çauşevskinin və digər çoxsaylı qansız diktatorların hakimiyyəti ömürlük olardı. Görürsüz ki, onların heç biri daimiliyini təmin edə bilmədi. Bu hakimiyyət də əbədi deyil. Artıq bundan sonra heç uzunömürlü də olmayacaq. Etdikləri hər bir qanunsuzluq, anti-insani hərəkət siyasi ömürlərini kəsir, sonlarını yaxınlaşdırır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button