2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Nicat Abdullayev də həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisin üzvü Nicat Abdullayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu barədə AXCP-dən məlumat verilib. Məlumata görə, Abdullayev saat 14 radələrində yaşadığı evindən çıxaraq yaxınlıqda yerləşən dükana gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. “Abdullayevi Binəqədi Rayon 43-cü polis bölməsinə gətiriblər orada isə İXM-nin 211-ci maddəsiilə (epidemiya əlehinə karantin qaydalarını pozma) haqqında protokol tərtib edərək məhkəməyə aparıblar. Lakin hakim Vüsal Tağıyev onun barəsində tərtib olunmuş İXM-in 211-ci maddəsinə xitam verib. Nicat  Abdullaev İXM-nin 535.1-ci maddəsi ilə (polisə müqavimət) cəzalandırılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Partiyadan Abdullayevin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirlər. 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button