Siyasət
NİDA- çı gənc və siyası fəal saxlanıldı
Xəbər verdiyimiz ötən gecə hakimiyyət və paytaxt polisi gözlənilməz hadisə ilə üzləşib. Beləki, şəhərin mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazıldığı müşahidə olunub.
Ötən gecə Facebook-da Səbayel rayonunda Mərkəzi Bank ilə üzbəzüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul Bayramınız Mübarək!” , ön tərəfdə isə “F..k the system!” sözləri yazılıb.
Bu məsələ ilə bağlı nidaçı Bayram Məmmədov və siyasi fəal Qiyasəddin İbrahim dünən axşam saxlanılıblar. Hazırda harda olduğu ilə bağlı heç bir məlumat verilmir.
Gənclərin saxlanması barədə NİDA -nın rəsmi facebook səhifəsində məlumat yayılıb.