2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

NİDA-çı gəncdən 4 gündür xəbər yoxdur

NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəmandan 4 gündür ki, xəbər yoxdur. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində – “Bandotdel”də saxlandığı bildirilir.

NİDA-dan veroilən xəbərə görə Elgiz Qəhramanı avqustun 12-də naməlum şəxslər yaxın dostu ilə birgə saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Onun dostu bir saatdan sonra buraxılıb. NİDA-çı gənci isə idarədə saxlayıblar. Ailə üzvləri istəmədiyindən onun saxlanması xəbəri indiyədək ictimailəşdirilməyib.

NİDA-dan deyildiyinə görə, idarədən ailəsinə bilgi veriləcəyi bildirilsə də, indiyədək Elgiz Qəhrəmandan xəbər yoxdur. Ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 xidmətinə də müraciət edib, ancaq yenə də məlumat verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

NİDA hərəkatı həmçinin, E.Qəhrəmanın Fətullah Gülən tərəfdarı olması haqda avqustun 15-də bəzi media orqanlarında yayılan xəbərləri də təkzib edib.

Hərəkatdan deyiblər ki, “E.Qəhrəman ictimai-siyasi fəal olaraq hər zaman “gülənçilərin” əleyhdarı olub. Onun “gülənçilərə” bağlanması şərləmədən başqa bir şey deyil”.

Elgiz Qəhrəmanın Türkiyədə təhsil aldığı deyilir. O, riyaziyyat və siyasi bilimlər üzrə təhsil alıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, hələlik, gəncin saxlanmasına münasibət öyrənmək mümkün olmayıb. //Azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button