2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

NİDA-çı ”karsa” salınıb

”Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir”

İki gündür ki, 14 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan NİDA-çı Elgiz Qəhrəmanov “karsa” (cəmirə kamerasına) salınıb.

Xəbəri Meydan TV-ə onun yaxınları veriblər. Məlumata görə, Elgizə qarşı fiziki təzyiq də olub.

Yaxınları bildirir ki, müəssisəyə yeni rəis Namiq Qocayev təyin olunub və gəldiyi gündən siyasi məhbuslar Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edir, onların telefon danışıqlarına məhdudiyyət qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

“Həmçinin rəis digər məhbusları da incidir, döydürür”.

Namiq Qocayev bundan əvvəl 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

M.Hüseynov isə 2017-ci il, martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button