2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

NİDA üzvünün məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə hazırlıq ixlası keçirilib. Hakim Azad Məcidovun sədrlik etdiyi iclasda təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Fariz Namazlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, həmin vəsatət təmin edilməyəcəyi təqdirdə onun vəkillərin yanında əyləşməsi haqqında vəsatətlər verib.
O vəsatətləri belə əsaslandırıb ki,  ittihamı qəbul etməyən E.Qəhrəmanın  məqsədi bəraət almaqdır. “Bəraət almaq istəyən şəxs isə qaşıb gizlənməz. Buna görə də onun həbsdə qalmasına zərurət yoxdur” – deyə vəkil bildirib.
F.Namazlı həmçinin bildirib ki, təqsirləndirilən şəxsin şüşə qəfəsdə əyləşməsi qeyri-insani rəftar və səmərəli müdafiə hüququnun pozulmasıdır.
Vəkilin digər vəsatətləri O, daha sonra E. Qəhrəman saxlanılan zaman tərtib edilən protokolun əsassız olduğu üçün sübutlar siyahısından çıxarılması, iclasın audio və video yazılışlarının aparılması barədə olub.
F. Namazlı bildirib ki, E.Qəhrəman istintaq zamanı fiziki təzyiqə məruz qaldığı üçün etirafedici ifadə verib.
Digər vəkil Nemət Kərimli isə deyib ki, E.Qəhrəman “Facebook”da yazdığı tənqidi statusdan sonra həbs edilib.
Vəsatətlərə münasibət bildirən Elgiz Qəhrəman həbsi sifarişli və qərəzli adlandıraraq, vəkillərin vəsatətlərini dəstəkləyib.
Prokuror vəsatətlərin təmin edilməməsini istəyib.
Hakimlər kollegiyasının müşavirədən sonra elan etdiyi qərara əsasən, vəsatətlər təmin edilməyib və məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.
Satış məqsədilə külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən E. Qəhrəmanlıya barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi ilə ittiham verilib və bu il avqustun 13-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button