2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Niderland mediası Azərbaycandan yazdı

Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinə diqqət çəkilib

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı noyabr ayında Azərbaycanla bağlı tədbir keçrəcək. Tədbir Niderlandın Zeyland (Zeeland) bölgəsində, Zirikze (Zierikzee) şəhərində keçriləcək. Tədbirə yerli bələciyyə başçısı, iş adamları, yerli əhali və mətbuat nümayəndələri dəvətlidirlər. Artıq tədbirin keçrilməsi ilə bağlı regiondakı iş adamları, sakinlər məlumatlandırılıblar və bu iş davam etməkdədir. Beləki regionun bir çox yerlərində tədbirin afişaları asılıb, bukletlər paylanıb. Eyni zamanda yerli qəzetlərdə də bu barədə yazılar çap olunmaqdadır. Belə yazılardan biri də oktyabr ayının 14 – də “Wereld Regio” qəzetində çap olunub. ““Avrovizion” müsiqi müsabiqəsinin, Birinci yay idman oyunlarının, Formula 1 yarışmasının Azərbaycanda keçrilməsindən sonra bu ölkə daha çox tanınmağa başlayıb” – yazı bu cümlə ilə başlayır” – deyə “Connect” təşkilatının sədri Vüqar Abbasov qeyd edib. “Daha sonra yazıda Azərbaycanın turistlər üçün olduqca cəlb edici ölkə olduğuna diqqət çəkilib. İş adamları üçün də Azərbaycanda münbit şərait olduğu da yazıda öz əksini tapb. Daha sonra yazıda oxucular tədbirdə aktiv iştirak etməyə çağrılıb. Xüsusən iş adamlarına müraciət edilərək Azərbaycanda bir çox Niderland şirkətlərinin rahatlıqla fəaliyyət göstərdiyi vurğulanıb. Yazıya “Connect” təşkilatının idarə heyətinin üzvü Vim van Embdenin (Wim van Embden) Bakıda, Niderland şirkətinin önündə çəkilmiş şəkilinə də əlavə edilib ki, bununla da Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinə bir daha diqqət çəkilib” – deyə Vüqar Abbasov əlavə edib. Qeyd edək ki, tədbir Zirikze şəhərindəki kinotetrda keçriləcək.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button