ÖLKƏ

Niderland polisi azərbaycanlı siyasi mühacirlərə təhlükə barədə xəbərdarlıq edir

Siyasi mühacirətdə olan müxalifçi jurnalist Türkel Azərtürk bildirib ki, Niderland polisi sui-qəsdin hazırlanması barədə xəbərdarlıq edib.

“Dünən axşam Niderland polis əməkdaşları bizə gəldi. Dedilər ki, etibarlı mənbələrdən (Azərbaycanda) alınan məlumata görə, mənə və daha 9 nəfərə sui-qəsd hazırlanır. Polis fakt üzrə araşdırma aparır və aşağıdakı şəxslərə ehtiyatlı olmağı tövsiyə edir: maksimum tədbirləri: Qənimət Zahidov (Zahidov), Emin Əhmədbəyov, Turkel Azərsoy (Azərtürk), Leyla Yunus, Arif Yunus, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Habil Məmmədov, Vidadi İsgəndərli”, – T.Azərtürk Facebook səhifəsində yazıb.

T.Azərtürk yazır ki, son günlər yaşadığı ərazidə naməlum şəxslər tərəfindən izləndiyini hiss edib.

Bundan öncə Leyla və Arif Yunuslar da oxşar məlumat yaymışdılar.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close