Loading...
Loading...
Dünya

Niderland və Danimarka Ukraynaya Aİ-yə namizəd ölkə statusu verilməsinə qarşıdır

Danimarka diplomatik notasında qeyd edir ki, Ukrayna namizəd statusunun “kriteriyalarına yetərincə cavab vermir”

Gələn həftənin sonuna Avropa Komissiyasının Ukraynaya Aİ-yə namizəd ölkə statusu verməyi rəsmən tövsiyə edəcəyi gözlənir. Bu haqda “Bloomberg” anonim mənbələrə istinadla xəbər verir. Mənbələrə görə, bu tövsiyə ilə yanaşı Ukraynaya korrupsiya ilə mübarizə və hüququn aliliyinin təminatı sahəsində şərt və tələblər irəli sürüləcək.

Agentlik qeyd edir ki, Avropa Komissiyasının tövsiyəsi vacib mərhələdir, amma statusla bağlı qərarı Aİ (Avropa İttifaqı) ölkələrinin liderləri qəbul edəcək.

Problemlər

Aİ ölkələrinin əksəriyyəti, o cümlədən Baltik ölkələri, Polşa, İtaliya Ukraynanı mənəvi baxımdan dəstəkləyir, ona statusun verilməsinin tərəfdarıdır. “Bloomberg” yazır ki, Almaniya şərti status verilməsini, müəyyən tələblərin yerinə yetirməklə bağlı vəd alınmasını istəyir. Niderland və Danimarka isə Ukraynaya bu status üçün hazır olmadığını düşünür.

Agentliyin məlumatına görə, Danimarka diplomatik notasında qeyd edir ki, Ukrayna namizəd statusunun “kriteriyalarına yetərincə cavab vermir”. Kopenhagenin mövqeyincə, Kiyevdə demokratiya təminatı verən institutların sabitliyi, hüququn aliliyi, insan haqları, azlıqlara hörmət və onların müdafiəsi sahəsində problemləri var. Sənədə görə, Ukrayna hakimiyyəti bu sahələrdə proqresə nail olmaqdan ötrü “qanunverici və institusional bazanı təkmilləşdirməlidir”.

Ukraynaya namizəd statusunun verilməsi iyunun 23-24-də Aİ sammitində müzakirə ediləcək.

Daha öncə Avropa Parlamentinin deputatları “Rusiyanın Ukraynaya aqressiv müharibəsindən sonra” xarici siyasət və Aİ-nin təhlükəsizliyi və müdafiəsi sahəsində siyasətlə bağlı qətnamə qəbul ediblər. Sənəd Avropa Komissiyasını və Aİ Şurasını Ukraynaya Aİ-yə daxil olmaq üçün namizəd statusunu verməyə çağırır.

Moldova və Gürcüstan

Qətnamədə “Moldova və Gürcüstanın Avropa meylləri” də qeyd olunur. Ukraynanın ardınca bu ölkələr Aİ-yə üzv olmaq üçün ərizə veriblər. Ancaq sənəddə onlara namizəd statusunun verilməsi üzrə tövsiyələr yoxdur.

Ukrayna Rusiyanın təcavüzündən dərhal sonra Aİ-yə üzv olmaq üçün müraciət edib. Mayın 9-da isə Aİ-yə anket-sorğunun ikinci hissəsi təqdim edilib. Namizəd statusunun alınması üçün bu anket doldurulmalıdır.

Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Olaf Şolts hesab edirlər ki, Ukraynanın Aİ-yə daxil olması illərlə çəkə bilər. İtaliyanın Baş naziri Mario Draqi isə bəyan edib ki, Aİ-nin böyük üzvləri Ukraynaya namizəd statusunun verilməsini dəstəkləmir. Almaniyanın Xarici işlər naziri Annalena Berbok Ukraynaya Aİ-yə namizəd statusunun “güzəştsiz” verilməsini tərəfdar olduğunu bildirib.

24 saat” “
Niderland və Danimarka Ukraynaya Aİ-yə namizəd ölkə statusu verilməsinə qarşıdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Mirzoyan Lavrovla görüşün nəticələrindən danışdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button