2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcəyini bildirib

Niderlandın baş naziri Mark Ryutte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmaqdan imtina etməsi ilə əlaqədar hökumət adından üzr istəməyəcəyini bildirib.
“Report”un məlumatına görə, bu barədə “Wakker Nederland” telekanalı xəbər verib.
“Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər” – deyə baş nazir vurğulayıb.
Bununla yanaşı, Mark Ryutte iki ölkə arasındakı gərginliyi aradan qaldırmağa hazır olduğunu da qeyd edib. “Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm”, – deyə o bir daha təkrar edib.
Bundan başqa, Ryutte əlavə edib ki, ona üzr istəməsi haqqında sual vermiş jurnalistlər ağıllarını itirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button