Bizim tərcüməDünya

Nigeriyada vəba epidemiyası çaxnaşması! Ölənlərin sayı artır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Qərbi Afrika ölkələrindən olan Nigeriyada vəba epidemiyasında həyatını itirənlərin sayı 382-yə yüksəlib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada ölkənin müxtəlif əyalətlərində xüsusilə güclü yağışların səbəb olduğu daşqınlardan sonra vəba epidemiyasının başladığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada yanvar ayından indiyədək 11 min 820 nəfərin vəba diaqnozu qoyulduğu, epidemiya səbəbindən həyatını itirənlərin sayının isə 382-yə yüksəldiyi bildirilib.

İnsanların nazik bağırsaqlarında “Vibrio” bakteriyasının parazitləşməsi nəticəsində yaranan vəba daha çox içməli su və çirklənmiş su ilə yuyulan qidalar vasitəsilə yoluxur. İshal, qarın ağrısı, şişkinlik və qusma kimi əlamətlərə səbəb olan bu bakteriyalar orqanizmə daxil olduqdan sonra 6-48 saat ərzində xəstəliyin yaranmasına səbəb olur. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button