2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nikaha daxil olmaq istəyən 5 min nəfərdə talassemiya daşıyıcılığı aşkarlandı

2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib
Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-da talassemiya daşıyıcılığı aşkar edilib. 2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib.
Ölkədə prenatal diaqnostika da tətbiq edilib. Döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülüb, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button