2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nikki Heyli İranda Suriya ssenarisinin təkrarlanmasına yol verməməyə çağırıb

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli İranda Suriya ssenarisinin baş verməsi üçün xəbərdarlıq edib və buna yol verməməyə çağırıb.

Bu barədə o, BMT TŞ-də İranda baş verən hadisələrə dair keçirilən görüşdə deyib. “Dünya qanlı rejimin xalqın dinc etiraz aksiyalarla bağlı hüquqlarına məhəl qoymamasından sonra Suriyada baş verən dəhşətlərə şahid olub. Biz bunun İranda da təkrarlanmasına imkan verməməliyik. İranda baş verənlər bu ölkənin xalqı üçün insan haqları məsələsini, həmçinin beynəlxalq sülh və təhlükəsizlik məsələsini ortaya çıxarır”.

Xatırladaq ki, ötən il dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button