2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Nikoil Bank” İlham Əliyevə qarşı: soyğunçuluq kütləviləşir – Fakt

“Nikoil Bank” prezident İlham Əliyevin bank siyasətinə qarşı gedir. 24saat.org-un əldə etdiyi məlumata görə, bank rəhbərliyi müştərilərini devalvasiya tələsinə salıb.

Müştərilər manatın üzən məzənnəyə keçidindən sonra dollar ekvivalenti ilə kreditlərin ödənilməsi toruna düşüblər. Prezident bankların islahata getməli olduğunu və güzəştlərin vacibliyini bəyan edib.

“Nikoil Bank” isə dövlət rəhbərliyi əleyhinə iş aparır. Son bir neçə həftədə bankdan şikayət edənlərin dedikləri belə söyləməyə əsas verir. Bankdan şikayətlər kütləviləşməkdədir. Bu gedişlə bankın qarşısında intiharların, özünü yandıranların olacağı gözləniləndir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org media üzərindən yayılan məlumatlara istinadən xəbər verir ki, Bakı sakini Elvin Mehdiyev 24 dekabr 2015-ci ildə özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib.

Lakin xoşbəxtlikdən onun istəyi baş tutmayıb. Ancaq buna baxmayaraq bu bank öz siyasəti ilə sahibkarları intihara sürükləməkdə davam edir.

Bundan əlavə, II qrup Qarabağ əlili, şəhid qardaşı Elşad İsayev isə 2015-ci ilin sentyabrında “Nikoilbankdan” 10 min ABŞ dolları kredit götürüb. Elşad Bakıda sahibkarlıqla, kiçik qızıl alqı-satqısı ilə məşğul olur.

Sahibkar bankdan kredit götürərkən girov kimi qızıl-zinət əşyaları qoyub. Bank rəhbərliyi ilə razılaşma belə olub ki, mütəmadi olaraq girov qoyduğu qızılları dəyişdirəcək, çünki bu işin ticarəti ilə məşğul olduğundan belə etməyə məcburdur. Əks təqdirdə işi getməz.

Krediti verən “Nikoilbank” isə bununla razılaşıb və heç bir problem görməyib. Beləcə sahibkar krediti götürdükdən sonra hər ay onun faizlərini və maliyyənin baza hissəsindən ödənişləri həyata keçirməyə başlayıb.

2015-ci ilin sonlarında isə ölkədə devalvasiya baş verib. Bundan sonra vəziyyətin kəskin pisləşdiyini görən Elşad İsayev “Nikoilbankın” rəhbərliyi ilə görüşüb, real durumu onlara anladıb.

Bundan sonra belə razılıq əldə edilib ki, Elşad İsayevin krediti manata çevriləcək və sahibkar onu 1 manat 5 qəpik (P.S birinci devalvasiyadan sonra 1 ABŞ dolları 0.78 qəpikdən 1 manat 05 qəpiyə qalxmışdı ) ABŞ dolları kursu ilə ödəyəcək. Bu razılaşmadan sonra sahibkar hər ay banka 400-410 manat AZN ödəyir.

Bununla paralel olaraq hər dəfə banka qoyduğu qızıl-zinət əşyalarını dəyişərkən ondan əlavə 20 manat pul (indiyə qədər 700 manat) tutulur. Bu pul bank “xərcləri” adı altında tutulub.

Araşdırmalar isə göstərir ki, “Nikoilbank” əksər sahibkarlardan bank “xərcləri” adı altında ayda 20 manat tutur. Ən azından 60-70 nəfər banka beləcə “xərac” ödəyir. Bu isə ayda minlərlə manat havayı qazanc deməkdir.

24saat.org daha bir şikayətçinin başına gələn oyunu xatırladır. Masallı şəhər sakini Orucağa Azad oğlu Əhədovun sözlərinə görə bankdakı üzləşdikləri qanunsuz yığımlarla bağlı bankın idarə heyətinin sədri Fərhad Hacınskinin qəbuluna düşmək istəyiblər:

“Bankdan 8 dekabr 2015-ci ildə kredit götürmüşəm. Qızıl girov qoymuşam. Razılaşmamız olub ki, qızılları dəyişə-dəyişə hər ay ana məbləğdən və faizdən azaldacağam.

“Nikoylbank”ın İdarə Heyətinin sədr müavini Vasiliy Xamaza devalvasiyaya qədər bizdən girovları dəyişəndə 20 manat haqq alırdı. Amma devalvasiyadan sonra bu qaydanı ləğv etdi.

Üstəlik faizləri dolları 1.05 manat olmaqla hesablanmasına göstəriş vermişdi. Onun yerinə Fərhad Hacınski təyin edildikdən sonra bizdən faizlər də, əlavə 20 manat da alınır, üstəlik dolları da 1 manat 75 qəpik hesabı ilə götürürlər”.

O.Əhədov deyib ki, F.Hacınskinin sahibkarlara qarşı yeritdiyi siyasət ümumilikdə ölkə rəhbərliyinin siyasətinə ziddir: “Bu adam devalvasiya dövründə nə fikirləşib mənim kimi kiçik sahibkarları soyur bilmirəm.

Banka gedirik, departament rəhbəri var, Elnur Vəliyev dinləyir, bizə açıq-aydın deyir ki, gedin özünüzü yandırın, istəyirsiz öldürün. Girov qoyduğumuz malı da vermirlər. Hegemonluq edirlər”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button