2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Nikoilbank” sahibkarları necə soyur, xərac alır, aldadır və müflis edir?

II qrup Qarabağ əlili və sahibkarın başına gətirilənlər 24saat.org-da

Azərbaycanda fəaliyyət göstərən bankların əhaliyə kredit verdikdən sonra onların başına oyun açması yeni söhbət deyil. 21 fevral və dekabr devalvasiyasından sonra banklar müştərilərinə münasibətdə daha sərt yanaşmalar ortaya qoyur. Bu da, banklarla müştərilər arasında mövcud olan uçurum bir qədər də dərinləşdirir. Mətbuatımızda banka krediti olduğu və tərəflər arasında razılıq əldə olunmadığı səbəbindən hətta vətəndaşın intihar etdiyi haqda xəbərlər olub. Məsələn, Bakı şəhər sakini Elvin Mehdiyev 24 dekabr 2015-ci ildə özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib, lakin xoşbəxtlikdən onun istəyi baş tutmayıb. Ancaq buna baxmayaraq bu bank öz siyasəti ilə sahibkarları intihara sürükləməkdə davam edir.

Əldə olunan son xəbərlər isə deməyə əsas verir ki, “Nikoilbank” bu sahədə bir qədər də irəli gedib. Bu bankdan olan şikayətlər insanların, xüsusilə sahibkarların soyulduğunu deməyə əsas verir.

Saytların yığılması Saytlarin yigilmasi

Kiçik bir sahibkarın timsalında bu bankın sahibkarlara, sadə vətəndaşlarla-ən əsası öz müştəriləri ilə necə ünsiyyət qurduğunu Elşad İsayevin timsalında oxuculara təqdim etməyə çalışacağıq.

II qrup Qarabağ əlili, şəhid qardaşı Elşad İsayev 2015-ci ilin sentyabrında “Nikoilbankdan” 10 min ABŞ dolları kredit götürüb. Elşad Bakıda sahibkarlıqla, kiçik qızıl alqı-satqısı ilə məşğul olur. Sahibkar bankdan kredit götürərkən girov kimi qızıl-zinət əşyaları qoyub. Bank rəhbərliyi ilə razılaşma belə olub ki, mütəmadi olaraq girov qoyduğu qızılları dəyişdirəcək, çünki bu işin ticarəti ilə məşğul olduğundan belə etməyə məcburdur. Əks təqdirdə işi getməz. Krediti verən “Nikoilbank” isə bununla razılaşıb və heç bir problem görməyib. Beləcə sahibkar krediti götürdükdən sonra hər ay onun faizlərini və maliyyənin baza hissəsindən ödənişləri həyata keçirməyə başlayıb…

“Nikoilbankın” 20 manatlıq əməliyyatı….

2015-ci ilin sonlarında isə ölkədə devalvasiya baş verib. Bundan sonra vəziyyətin kəskin pisləşdiyini görən Elşad İsayev “Nikoilbankın” rəhbərliyi ilə görüşüb, real durumu onlara anladıb. Bundan sonra belə razılıq əldə edilib ki, Elşad İsayevin krediti manata çevriləcək və sahibkar onu 1 manat 5 qəpik (P.S birinci devalvasiyadan sonra 1 ABŞ dolları 0.78 qəpikdən 1 manat 05 qəpiyə qalxmışdı ) ABŞ dolları kursu ilə ödəyəcək. Bu razılaşmadan sonra sahibkar hər ay banka 400-410 manat AZN ödəyir. Bununla paralel olaraq hər dəfə banka qoyduğu qızıl-zinət əşyalarını dəyişərkən ondan əlavə 20 manat pul (indiyə qədər 700 manat) tutulur. Bu pul bank “xərcləri” adı altında tutulub. Araşdırmalar isə göstərir ki, “Nikoilbank” əksər sahibkarlardan bank “xərcləri” adı altında ayda 20 manat tutur. Ən azından 60-70 nəfər banka beləcə “xərac” ödəyir. Bu isə ayda minlərlə manat havayı qazanc deməkdir. Sözsüz ki, bu xərac sahibkarların və ya sadə vətəndaşlardan əsassız alınan 20 manatlar hesabına əldə olunur.

a2

Bank sahibkarı neçə şoka salıb?

Sahibkar bir il müddətində kreditlərinin əsas hissəsini ödəyib, daha sonra bir qədər pul toplayaraq banka gəlib və kreditini tam bağlamaq istəyib. Lakin bankda eşitdikləri sahibkarda şok effekti yaradıb. Kreditini tam ödəmək istəyən sahibkara deyilib ki, onun ödədiyi dolların gündəlik kursuna uyğun olaraq hesablanıb, 1 manat 05 qəpikdən hesablanmayıb. Odur ki, onun hələ banka çox borcu var. Beləcə məlum olub ki, bank II qrup Qarabağ əlilini, şəhid qardaşını aldadıb, tərəflər arasında razılığı pozub və ona bildirilib ki, ödədiyi məbləğ qalıqların üzərinə gəlir.

Bankdan sahibkara məsləhət-get özünü öldür

Bundan dəhşətə gələn sahibkar “Nikoilbankın” baş ofisinə gedib, vəziyyəti burada müzakirə etmək qərarına gəlib. Burada sahibkar bankın idarə heyətinin sədrinin müavini Fərhad Hacınskinin qəbuluna düşmək istəyib. Lakin bank rəhbərliyi II qrup Qarabağ əlilini qəbul etməyib. Sahibkar bundan sonra rəsmi teleqram vuraraq Hacinskinin qəbuluna düşmək istədiyini ifadə edib, amma bunun da nəticəsi olmayıb.
Növbəti dəfə “Nikoilbankın” baş ofisinə gələn Elşad İsayevi özünü bankın filiallarına nəzarət departamentinin müdiri kimi təqdim edən Elnur Vəliyev qəbul edir. Sahibkarın dediklərinə qulaq asdıqdan sonra bank nümayəndəsi ona heç bir kömək edə bilməyəcəyini bildirib. Hətta çıxılmaz durumda olan sahibkara, “get özünü öldür” deməkdən çəkinməyib.

“Belə çıxır ki, mən havayı yerə qan tökmüşəm?”

Yeri gəlmişkən, qeyd edək ki, Elşad İsayev artıq mövcud durumdan bezərək yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlıya müraciət edib. Müraciətində sahibkar bankda başına gətirilən olaylardan danışıb, qardaşının şəhid olduğunu, özünün isə Qarabağ döyüşlərdə qan tökdüyünü xüsusilə vurğulayıb.

Verdikləri krediti bizə 1 manat 75 qəpiklə ödətdirirlər

Elşad İsayev bizimlə söhbəti zamanı da deyib ki, bankın bu “gedişləri” bir sahibkar kimi onu pis vəziyyətə qoyur və müflis həddə çatdırır. Onun sözlərinə görə, bu vəziyyət faktiki olaraq sahibkarlara qarşı tələdir və sonda sahibkarların məhv olmasına gətirib çıxaracaq: “Azərbaycan prezidenti daima sahibkarlığa dəstək olmağı vacib sayıb, bu haqda dəfələrlə çıxışlar edib. Deyib ki, sahibkarlara fəaliyyət üçün hər cür şərait yaradılmalıdır. Ancaq bankın atdığı addımlar bu mövqeyə ziddir. Biz faktiki olaraq pis duruma düşmüşük. Devalvasiyadan sonra bankla belə razılığa gəlmişdik ki, kreditləri bundan sonra 1manat 05 qəpik məzənnə ilə ödəyəcəyik. İndi isə biz krediti 1 manat 75 qəpiklə ödətdirirlər. Əlavə 20 manatda xərc tuturlar. Bunun heç bir əsası yoxdur”.

a1

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button