Now Reading:
Nikol Paşinyan Ermənistanın baş naziri seçildi

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib.

“Aysor.am” saytının xəbərinə görə, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib.

Səsvermə zamanı 59 deputat “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.

Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.

APA

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.