2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nikol Paşinyan: “İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasını istərdim”

Yayımlandı: 26 Oktyabr 2022 18:55

“Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini qorumaq üçün müəyyən mexanizmlər olmalıdır”

“Mən 2022-ci ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalanmasını istərdim”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu oktyabrın 26-da Ermənistan Milli Assambleyasında Baş naziri Nikol Paşinyan deyib.

“Bu, nə dərəcədə realdır? Hökumət və mən bunun reallaşması üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq”,-deyə Baş nazir söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağla Azərbaycan arasında beynəlxalq səviyyədə görünən dialoq başlamalıdır:

“Bu, çox mühüm haldır və Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini qorumaq üçün müəyyən mexanizmlər olmalıdır. Bu, çox yaxşı olacaq, bunu bacarsaq, çox məmnun olaram”.

Baş nazir oktyabrın 31-də Soçidə üçtərəfli görüşün olacağını təsdiqləyib:

“Sonuncu dəfə bu formatda görüş ötən ilin noyabrında baş tutub və gözləntilər bu müddətdə baş verən hadisələrə verilən qiymətlərlə bağlıdır”.

“Bu ilin mart ayında Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olub və mən gizlətmirəm ki, bu vəziyyətdə sülhməramlıların reaksiya verməməsi anlaşılmazdır və onlar hansı tədbirləri görüblər. Üçtərəfli işçi qrupda əldə olunan razılaşmaların əksinə olaraq, dəhlizlərlə bağlı bəyanatlar səslənir, təkcə Azərbaycan tərəfdən deyil, Rusiya tərəfdən də, anlaşılmaz adamlar var ki, bütün bunları inkişaf etdirməyə çalışırlar”, – deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri yekunlaşdırıb.

Oktyabrın 24-də Gürcüstanda olan Azərbaycan dövlət başçısı İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının vaxtının çatdığını demişdi:

“Biz hesab edirik ki, Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button