2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nikol Paşinyan: Məni çox adam Azərbaycan tərəfdarı zənn edir

Yayımlandı: 3 Mart 2023 22:20

Saytların yığılması Saytlarin yigilmasi

Martın 2-də Alman Xarici Əlaqələr Şurası (DGAP) Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüşdə əsasən Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.
Almaniyada fəaliyyət göstərən “Restart inishitive” təşkilatının sədri Emin Milli də Baş nazirə sual ünvanlayıb:
–        Cənab Baş nazir, adətən siz Cənab Əliyevlə paneldə danışanda, ya da iştirakçılar arasında azərbaycanlılar və ermənilər olanda hər zaman neqativ fikirlər və nifrət nitqi səslənir.
Biz isə “Restart İnishitive” təşkilatı olaraq “Hertie School”la əməkdaşlıq çərçivəsində azərbaycanlı və erməni ekspertləri Berlində və Tbilisidə konkret mövzularla bağlı müzakirələr üçün görüşlərimizə dəvət edirik.
Bu müzakirələr onunla bağlıdır ki, əgər sülh sazişi imzalansa, Azərbaycan və Ermənistan bundan nə qazanacaq?
Nəqliyyat, ticarət, enerji, suyun idarə edilməsi və başqa xüsusi sahələrdə biz nə əldə edə bilərik ki, bu Azərbaycanda və Ermənistanda yaşayan insanların həyatlarına təsir edə bilər?
Bu görüşlərin birində, BMT-də işləyən erməni enerji eksperti, yerevanlı Ara Mardjanyan bizə bildirdi ki, əgər Azərbaycan və Ermənistan sülh sazişinə imza atsalar, Ermənistanın Rusiya və Avropa üzərindən aldığı benzin və dizeli Azərbaycandan gəlməyə başlaya bilər.
Bu isə Ermənistanda yanacaq qiymətlərinin və məntiqlə avtomatik olaraq bir çox başqa qiymətlərin də aşağı düşməsinə səbəb olacaq.
Mənim üçün bu çox təəccüblüdür ki, nə Azərbaycanda, nə də Ermənistanda heç kim bu haqda danışmır. Heç kim demir ki, bu sülh bizə nələri verə bilər.
 Mənim sualım budur ki, siz bunu Əliyevlə müzakirə edirsinizmi? Nəyə görə sizcə, hər zaman Azərbaycan və Ermənistanın olduğu ictimai müzakirələrdə və mediada daha çox neqativ hekayələr dominantlıq təşkil edir?”
Aparıcı:
–        Mən burada daha çox müsbət gündəm haqda danışmaq dəvətini eşitdim. Mən bilmək istərdim ki, siz bu qeyd olunan müsbət gündəm haqda nə düşünürsünüz və sizin öz fikrinizcə, müsbət gündəm nə ola bilər?
 Nikol Paşinyan:
–        Mən Azərbaycan təmsilçisinə qaldırdığı məsələyə görə çox təşəkkür edirəm.
 Aparıcı:
–        Mən düzgün başa düşdümsə, o, Berlində olan “Restart İnishitive” təşkilatını təmsil edir, özü isə əslən azərbaycanlıdır.
 Paşinyan:
–        2018-ci ildə mən Ermənistanın Baş naziri olanda, press-konfrans zamanı eynilə bu məsələ haqda danışdım.
Mən azərbaycanlı və erməni sosial media istifadəçilərini nifrət nitqindən çəkinməyə səslədim: “Bir-birinizin mövqeyini anlamaq üçün aqressiv ritorikadan çəkinib bir-birinizlə danışmağa çalışın”.
 Təəssüf ki, mənim sözlərim öz ünvanına çatmadı. Mən sizinlə tamamilə razıyam.
 Biz diqqətimizi regionun gələcəyi üzərinə gətirməliyik. Çünki bilirsiniz, bu, bir faktdır. Biz, üç Cənubi Qafqaz ölkəsinin – Gürcüstan, Ermənistan və Azərbaycanın çoxlu mədəni oxşarlıqları var. Bu, bir faktdır.
Biz diqqətimizi müsbət cəhətlərdə cəmləməliyik. Siz haqlısınız. Biz bunda maraqlıyıq. Və bu doğrudur ki, bəlkə də Ermənistan regional kommunikasiyaların açılmasında daha çox maraqlıdır. Buna görə də Azərbaycan, belə deyək, bunu Ermənistana mümkün qədər bahalı bir layihə kimi satmağa çalışır. Amma biz hazırıq. Yeri gəlmişkən, mən Ermənistanda çox tənqid olunmuşam. Məni çox adam Azərbaycan tərəfdarı zənn edir. Onlar məni Azərbaycan və Türkiyə tərəfdarı kimi tənqid ediblər.
Mən sizinlə tamamilər razıyam ki, biz diqqətimizi sülh və əməkdaşlığın müsbət tərəflərində cəmləməliyik.
Sülh gündəmi mənim öhdəliyimdir. Mən Azərbaycan ictimaiyyətindən də bu məsələdə dəstək almaq istərdim.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button