2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nikol Paşinyan: “Münaqişənin həlli məsələsində “Artsax”ın mövqeyi vacibdir”

“Danışıqların başlamasının formatı və parametrləri ilə bağlı müzakirələr aparılır”

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində “Artsax”ın (ermənilər Qarabağı belə adlandırır) mövqeyini vacib sayır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Paşinyan deyib ki, beynəlxalq aləmdə məsələ ilə bağlı çox mühüm konseptual müzakirə gedir:

“Sual yaranır ki, münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsini də həll etməlidir, yoxsa Dağlıq Qarabağ problemini münasibətlərin normallaşdırılması məsələsindən ayırıb, ayrıca nəzərdən keçirilməlidir? Bu sual bizim cavabımızdan yarandı. Azərbaycan “bir-birimizə ərazi iddiası yoxdur” deyir, biz deyirik ki, bu məqbuldur. Çünki bizim üçün Qarabağ məsələsi heç vaxt ərazi məsələsi olmayıb, bu, hüquq məsələsidir. Avropa Şurası prezidentinin bəyanatı isə hər ehtimala qarşı bu konkret konteksti vurğulamaq hüququndan bəhs edir”.

Baş nazir əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu, Ermənistan isə əksinə, həll edilmədiyini hesab edir.

Paşinyan qeyd edib ki, müxalifət nümayəndələri də bu gündəliyi hazırlayır:

“Dağlıq Qarabağ münaqişəsinin həlli gündəliyindən münasibətlərin normallaşdırılması gündəmi ayrılmalıdır”. Baş nazir müzakirənin vacibliyini qeyd edib və müxalifətdən olan bir sıra şəxslərin bu müzakirələrdən imtina etdiyini vurğulayıb.

“Ancaq biz digər siyasi dairələrlə, o cümlədən “Artsax” hakimiyyəti ilə bu yol ayrıcında hansı taktiki yanaşmanın daha yaxşı olması barədə müzakirələr aparırıq”, – deyən Paşinyan əlavə edib ki, onun öz mövqeyi var, lakin bu mövqe geniş müzakirələrdən sonra aydınlaşacaq.

Baş nazir bu məsələdə “Artsax”ın mövqeyinin çox vacib olacağını vurğulayıb.

N.Paşinyan hazırda danışıqların başlamasının formatı və parametrləri ilə bağlı müzakirələrin aparıldığını bildirib.

O, Brüsseldə erməni əsirlərin qaytarılmasının da müzakirə olunduğunu deyib və Azərbaycanda 39 erməni əsirin olduğunu vurğulayıb:

“Bakı daima əsirlərin, girovların və digər saxlanan şəxslərin qaytarılmasını əlavə şərtlərə bağlamağa çalışır. Əlbəttə, biz razı deyilik. Bizim mövqeyimiz ondan ibarətdir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatına uyğun olaraq saxlanan bütün şəxslər – hərbi əsirlər, girovlar qaytarılmalıdır”.

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşün yekunu olaraq Şarl Mişel yaydığı açıqlamada bildirib ki, yaxın günlərdə Ermənistan-Azərbaycan sərhədində hər iki dövlətin sərhəd komissiyalarının birinci iclası keçiriləcək. Tərəflər sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunacaqlar.

Ardınca hər iki ölkədə sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılıb. Azərbaycan tərəfdən komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edəcək.

Mayın 26-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Arazdəyən (Vedi rayonunun Arazdəyən kəndi) istiqamətində sərhəd xəttində görüşüb.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button