2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nikolayevin atəşə tutulması nəticəsində ən zəngin ukraynalılardan biri həlak olub

Ukraynanın “Nibulon” kənd təsərrüfatı şirkətinin təsisçisi və Ukraynanın ən varlı sahibkarlarından biri Aleksey Vadaturski və həyat yoldaşı iyulun 31-nə keçən gecə Rusiya hərbçilərinin Nikolayevi atəşə tutması nəticəsində həlak olublar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.

“Aleksey Afanasyeviç Ukrayna üçün, Nikolayev vilayəti üçün çox şey etdi. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına, regionun inkişafına verdiyi töhfə əvəzsizdir”, – Kim yazıb.

Vadaturskinin ölümünü Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia və Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

Yerli KİV-lərin yazdığına görə, mərmi piznesmenin evinə düşüb. Forbes jurnalının Ukrayna bölümünün 2021-ci ildə yaydığı məlumata görə, 74 yaşlı biznesmenin sahib olduğu “Nibulon” şirkəti gəlir baxımından Ukraynada üçüncü kənd təsərrüfatı şirkəti olub.

Elə həmin il Vadaturski 430 milyon dollarlıq sərvətlə Forbes-in ən zəngin ukraynalılar siyahısında 24-cü yerdə qərarlaşıb. 2007-ci ildə iş adamına Ukrayna Qəhrəmanı adı verilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button