2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Niyə araşdırmırsınız ki, AzTV sədrində 5 milyon hardandır?”

AzTV sədrinə qarşı sui-qəsddə ittiham olunan şəxs məhkəməyə etiraz etdi

“Arif Alışanovun cinayət torətməsi barədə dediklərim araşdırılmır…”

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 24saat.org xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriıən Ş.Əkbərovun vəkili İmanqulu Həsənov vəsatətlərlə çıxış edib.

O bildirib ki, Ş.Əkbərovun küçmiş həyat yoldaşı Səlimə Sadıqova məhkəmədə ifadə verərkən hədə-qorxu və təzyiq nəticəsində öz adına olan əmlakları Camal Heydərovun (AzTV-nin işçisi, Arif Alıışanovun şəxsi təsərrüfatlarına nəzarət edən şəxs ) adına keçirdiyini deyib. Vəkil bu iddaya görə, sənədləşmənin aparıldığı notariat kontorundakı görüntülərin alınması ilə vəsatət verib.

Saytların yığılması Saytlarin yigilmasi

Dogər vəsatət isə iş üzrə zərərçəkmiş şəxslər – A.Alışanov və qızının məhkəmədə dindirilməsi və onlar prosesə qatılanadək iclasın təxirə salınması barədə olub.

Qeyd edək ki, zərərçəkmişlər Dəyanət Cəfərov (Arif Alışanovun bacısı oğlu) və Hacı Namazov (Arif Alışanovun sürücüsü) məhkəmədə iştirak etsələr də. Arif Alışanov və qızı prosesdə vəkilləri vasitəsilə təmsil edilirlər. Müdafiə tərəfi isə iddia edir ki, onların elə sualları var ki, yalnız Arif Alışanovun özü cavab verə bilər.

Vəkil müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlərin dindiriıməsi barədə də vəsatət verib.

Zərərçəkmiş tərəfin vəkili və dövlət ittihamçısı vəsatətlərə etiaz edib və təmin edilməməsini istəyiblər.

Məhkəmə vəsatətləri təmin etməyib. Zərərçəkmişlərin məhkəmədə iştirakı ilə bağlı vəsatət isə baxılmamış saxlanılıb. Hakim bildirib ki, A.Alışanov və qızı məhkəməyə dəvət ediləcək.

Vəkil İmanqulu Həsənov məhkəmə tərkibinə etiraz təqdim edib. O bildirib ki, məhkəmə tərkibi özünü orbitr kimi deyil, ittihamçı kimi aparır, həmçinin müdafiə tərəfinin vəsatətlərini əsaslandırmadan təmin edilmədən qərar qəbul edir.

Təqsirləndirilənlər – Şücaət Əkbərov, Qocalı Cəbiyev və Zöhrab Şirinov da məhkəməyə etiraz verib. Etirazda qeyd edilib ki, hakimlər işin nəticəsində maraqlıdırlar, ona görə də tərkibin dəyişməsini istəyiblər.

Məhkəmə qısa müşavirədən sonra etirazın baxılmamış saxlanması barədə qərar qəbul edib. Hakim bildirib ki, etirazda qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olmadığı üçün baxılmamış saxlanılır.

Qərar etiraz edən Şücaət Əkbərov söz alaraq çıxış edib: “Arif Alışanovun cinayət torətməsi, Şamaxıya gəldiyi qızı dağdan ataraq öldürmədi barədə dediklərmi niyə araşdırmırsınız?”.

Hakim isə bildirib ki, bunu araşdırmaq onun səlahiyyətlərinə aid deyil: “Cinayət Prosessual Məcəlləsinin tələbinə gprə biz işə irəli sürülmüş ittiham üzrə baxırıq. Qanun bizə ittihamdan kənara çıxmağı qadağan edir”.

Şücaət Əkbərov: “İttihamda qeyd edilir ki, A.Alışanov 5 milyonluq torpaq, əmlak alıb. Bəs niyə araşdırmırsınız ki, AzTV sədrində 5 milyon hardandır?”

Hakim: “Onu mən deyə bimərəm, biz hələ işi araşdırırıq”

Şücaət Əkbəriv: “Amma mənim əmlakımın “ucotunu” aparırsız. Mən ömrü boyu ticarətlə məşğul olmuşam. Ondan isə ondan isə soruşmursuz ki, AzTV-ni dağıdıb, qazanıb pulları? Saat 12 olmamış gəlib 7-8 qızla otururdu Şamaxıda…”

Hakim məhkəmə prosesini bağlı elan edib. İclas iyunun 29-da davam edəcək.

Qeyd edək ki, Ş.Əkbəriv ötən məhkəmə proseslərində də bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.

Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə salmaq istəyiblər. Bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button