2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Niyə Azərbaycan Antiqua və Barbudaya kömək edib?

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Antiqua və Barbuda (AntiguaandBarbuda) Karib dövlətinə çatdırılması üçün Londona ölkəmizdə istehsal olunan 20 qutu tibbi şpris göndərib. Azərbaycandan yardım ada ölkəsinin rəhbərliyi tərəfindən istənilib, AR XİN-in rəsmi məlumatında bildirilir.

Fevralın 19-da şpris qutularını qəbul edən Antiqua və Barbudanın Böyük Britaniyadakı ali komissarı Karen-May Hill Azərbaycan xalqına təşəkkürünü bildirib və qeyd edib ki, Antiqua və Barbuda bundan sonra da Azərbaycanla diplomatik əlaqələri inkişaf etdirmək niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

AİDA 2011-ci ildə Azərbaycan XİN-in tərkibində yaradılıb. Məqsəd Azərbaycan Respublikası adından donor vəzifələrini yerinə yetirməkdir. AİDA-nın saytında 90 belə missiyanın yerinə yetirildiyi bildirilir. http://aida.mfa.gov.az/az/static/1/

Sonuncu yardımlardan biri Avstraliyada yanğından zərər çəkənlərə 50 min dollar məbləğində humanitar yardımın göndərilməsidir (02.02.2020). Avstraliyaya yardım haqda məlumatda AİDA səbəb kimi yanğını göstərib. ​​Antiqua və Barbudaya yardıma dair məlumatda motivasiya haqda bilgi yoxdur.

Antiqua və Barbudanın yardım üçün Azərbaycana müraciət etməsinin səbəbi nədir? Belə ki, bu Karib dövlətində son qasırğa (“İrma”) 2017-ci ildə olub, 2018-ci ildə bu ölkə “palma xəstəliyi”ndən əziyyət çəkib.

Son 2 ildə Antiqua və Barbudadan yalnız müsbət informasiya gəlir. Antiqua və Barbuda Karib hövzəsinin firavan ölkələrindən biridir. Onun iqtisadiyyatının əsasını turizm təşkil edir, həmçinin qumar biznesi çox inkişaf edib. Kənd təsərrüfatı əsasən daxili bazar üçün işləyir. Balıqçılıq inkişaf edib. Antiqua və Barbudada orta əməkhaqqı ayda 2 667 ABŞ dollarıdır. Azərbaycanda orta əməkhaqqı 300 dollara yaxındır. Ada dövlətdə adambaşına düşən ÜDM $14 min, Azərbaycanda $4400-dür.

Müəyyən edilib ki, bu Karib dövlətində rok musiqiçisi Erik Klepton tərəfindən təsis edilmiş Crossroads tibb mərkəzi fəaliyyət göstərir. Mərkəzdə narkotik maddə və alkoqoldan asılılıq müalicə edilir. Azərbaycanın şprisləri bu mərkəzə ünvanlana bilər.

Mərkəzin saytında orada müalicə alan Azərbaycan vətəndaşı haqda məlumat tapmaq mümkün olmayıb, eyni zamanda belə mərkəzlərdə pasiyentlər haqda məlumatlar konfidensial olur.

Antiqua və Barbudanın iqtisadiyyatı ofşor xidmətlərin göstərilməsinə əsaslanıb. Buraya əmanətçilərin adlarının məxfiliyini təmin edən korporativ ofşor bankların yaradılması və əcnəbilərə bu ölkənin vətəndaşlığının verilməsi də daxildir. Dövlətdə fəaliyyətin qeydiyyatı və uzadılması üçün banklar rüsum ödəyirlər. Antiqua və Barbuda vətəndaşlığını almaq üçün 132 800 dollar məbləğində ödəniş etmək kifayətdir. Hökumət hər həftə vətəndaşlıq verilməsilə bağlı 40 müraciətə baxır.

Bu ölkənin vətəndaşlığını alan azərbaycanlılar haqda məlumat əldə etmək mümkün olmayıb.

Niyə zəngin Karib dövlətinin hökuməti Antiqua və Barbuda ilə müqayisədə vətəndaşları orta hesabla 8 dəfə az qazanc əldə edən Azərbaycana yardım üçün müraciət edib?

Yardımın səbəbi barədə məlumat almaq istəsək də AIDA-nın telefonu cavab verməyib.

Turan

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button