2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Niyə azərbaycanlılar Türkiyədə biznes qurmağa can atırlar?

Fərhad Ömərov, ixtisasca bioloqdur, 11 ildir ailəsi ilə İzmirdə (Türkiyə) yaşayır. 2020-ci ildə orada Al Karal Gida Sanayi Mamülleri Ticaret A.Ş. səhmdar şirkətini yaradıb. Şirkət İzmir azad iqtisadi zonasında qeydə alınıb. Şirkətin kapitallaşması 5 il ərzində 5 milyon dollar təşkil edəcək, birinci xətt işə salınıb,  bu, layihə gücünün 20%-ni təşkil edir. Planlaşdırılmış güc 5 milyon paket funksional duzun qablaşdırılmasıdır. Şirkətin yeni məhsulları Azərbaycandan olan biotexnoloq Fərhad Ömərovun müəllifi olduğu patentlərə əsaslanır.

Biznesmen Turan-ın suallarını cavablandırıb. Azərbaycanda və Türkiyədə azad iqtisadi zonaları müqayisə etmək bizim üçün maraqlı idi.

Sual:  Azərbaycan və Türkiyənin öz azad iqtisadi zonaları var. Amma bizim iqtisadi zonalarda biznesin “coşduğu” görünmür. Bəzi müəssisələr açılır, digərləri bağlanır. Niyə belədir?

Saytların yığılması Saytlarin yigilmasi

Cavab:​  Azərbaycan haqqında səthi deyə bilərəm, mən orada sonuncu dəfə 2016-cı ildə olmuşam. Bilirəm ki, Ələt qəsəbəsində qanunvericilik səviyyəsində azad iqtisadi zona formalaşır. Bu, qərbi (Türkiyə və Avropa İttifaqı), cənub (İran və Hindistan) və şimalı (Rusiya) birləşdirən nəqliyyat qovşağı olacaq. Lakin bu, bir ilin işi deyil. Azərbaycanda texnoparklar haqda məlumatım belə yoxdur. Çox yığcam və heç də iqtisadi xarakter daşımayan məlumatlarla qarşılaşdım. Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ Sənaye parkları, Pirallahı Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. Düşünürəm ki, onlar nümayişkaranə xarakter daşıyır və mənim Vətənimin iqtisadiyyatının drayverləri deyil.

Azad iqtisadi zona real industriyanın platformaları kimi yaradılır. Bunlar informasiya (rəqəmsal), sənaye (dəzgahquraşdırma və cihazqayırma), gəmiqayırma, aviasiya, əczaçılıq, aqrar texnologiyalar (qrinhauslar və heyvandarlıq) sahələridir. Lakin mahiyyət birdir – bu azad iqtisadi zonalar milli məhsullar yaradır və ixracını artırır. Məhz ixrac!

Türkiyədə fəaliyyət göstərən müstəqil sahibkar kimi danışacağam. Axı, istənilən ölkənin iqtisadiyyatı çox sadə şəkildə yoxlanılır. Siz geyiminizə və ayaqqabınıza, saat, eynək, avtomobilə baxın? Hansı evdə yaşayırsınız və mebel, televizor, paltaryuyan maşın, soyuducu və digər əşyalar necədir? Məndə, bir çox həmkarlarımda və tanışlarımda bütün bunlar Türkiyə istehsalıdır. Çin deyil, ingilis və ya alman deyil. Baxmayaraq ki, yəqin dünyada bir çox ölkələr var ki, orada alman avtomobil sənayesi qarşısında baş əyirlər.

Türkiyədə 346 sənaye zonası fəaliyyət göstərir ki, ölkə ixracının üçdə bir hissəsindən çoxu onların payına düşür və orada 2,1 milyon adam çalışır. 2020-ci ildə Türkiyənin ixracı 169,5 milyard dollar təşkil edib və bu ixracın 55,7 faizi Avropaya tədarük edilib. Bu da nə neftdir, nə də qaz.

Azərbaycanın azad iqtisadi  zonaları haqda nə demək olar… bunu şərh etmək yaraya duz səpmək kimidir.

Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxildir. Qurum inkişaf etmiş demokratik təsisatlara və bazar iqtisadiyyatına malik 37 ölkəni özündə birləşdirir.

İzmir İstanbuldan sonra Türkiyənin ikinci böyük iqtisadi mərkəzidir. Burada sənayenin aparıcı sahələri var: avtomobilqayırma, kimyəvi yüngül və qida sənayesi, aviaraket-kosmik sənaye, tibbi avadanlıq istehsalı, alternativ energetika (külək və günəş enerjisi).

2 azad iqtisadi zona fəaliyyət göstərir: Ege azad ticarət zonası (1990; Qaziəmir rayonunda; avtomobilqayırma, aviaraket-kosmik, elektron, toxuculuq sənayesi, energetika, təhlükəsizlik sistemləri və sair) və İzmir azad iqtisadi zonası (ən azı 30 ildir).

Sual:  Niyə analoji zavodu Azərbaycanda açmadınız, üstəlik bizdə duz bazarı və xammal var.

Cavab:​ Azərbaycanda yüksək qida keyfiyyətli dəniz duzu yoxdur ki, onun əsasında funksional təyinatlı vitamin duzunu istehsal etmək mümkün olsun. Axı ixracatçı olmaq üçün məhsulu hətta üzvi standart üzrə sertifikatlaşdırmaq lazımdır. Duzun yodlaşdırılması prosesi isə təəssüf ki, bu sözün tam mənasında “100%  kimyəvidir”.

Sual:  Xahiş edirəm, Azərbaycan və Türkiyə azad iqtisadi zonalarında biznes üçün qanunvericilik və faktiki şərtləri müqayisə edəsiniz. Həqiqətənmi azərbaycanlı biznesmenlərə Türkiyədə pul qazanmaq cəlbedicidir? Bundan əlavə, orada daha çox istehlak bazarı var? Türkiyədə rəqiblərin himayə olunması, hakimiyyətin biznesə müdaxiləsi, rüşvətxorluqla bağlı vəziyyət necədir? İşçilərin sosial hüquqları – müalicə, sığorta, pensiya və sair necə təmin olunur?

Cavab:​ Ermənistandan başqa istənilən ölkənin investoru üçün Türkiyədə qazanmaq cəlbedicidir. Türkiyədə investor qanunla qorunur ki, bunun geriyə qüvvəsi yoxdur. İnvestor buraya təkcə trivial kapitalla gələ bilməz. Burada texnologiyalar və real innovasiyalar daşıyıcıları layiqincə qarşılanır. Burada patentlər kapitaldır və onlara, sadəcə, hörmətlə yanaşmırlar, həm də başa düşürlər ki, bu, Türkiyənin davamlı inkişafını təmin edəcək.

Deyək ki, əgər bunlar Avropa patentləridirsə, siz istənilən türk kapitalist ilə bərabər səviyyədə danışa bilərsiniz. Özü də bərabər səviyyədə, Azərbaycanda olduğu kimi yox, orada pul ödəyən öncə özü üçün 90 faiz səviyyəsində dəhşətli pay tələb edir, həm də hesab edir ki, belə lazımdır. Mənim Azərbaycanda belə bir təcrübəm olub.

İzmirdə İqtisadiyyat Nazirliyində konkret “Al Karal” investisiya layihəsinin məqsədəuyğunluğu ilə bağlı məsələ həll edilərkən mənim Avropa patentim əsas rol oynadı. Və biz biznesin inkişafı konsepsiyasının təsdiqini aldıq.

Dünyanın istənilən sivil ölkəsi üçün ən vacib olan kiçik və orta biznesdir. Bu, orta sinifdir! Bu, hər şey üçün icazə verən hansısa JEK-lərin rəisləri,  nazirliklərin məmurları deyil. 

Türkiyədə kiçik və orta biznes bütün türk müəssisələrinin 90 faizdən çoxunu təmsil edir. Belə müəssisələrdə məşğulluq ölkənin bütün çalışan əhalisinin 73 faizini, ümumi daxili məhsulda isə 54 faizini təşkil edir.

Doğma Azərbaycanda kiçik və orta biznesin inkişafı haqda isə onu deyə bilərəm ki, onun effektivliyinə, sadəcə, imkanlılığına inanmıram. Bəzən oxuyursan ki, bu məqsədlə Bakıda, Sumqayıtda, hələ rayonlarda kiçik və orta biznesin inkişaf mərkəzləri açılır. Sonra biznesyönlü treninqlər, biznes sahəsində seminarlar, məsləhətləşmələr, təcrübə, informasiya və maarifləndirici tədbirlər üzrə hansısa fəaliyyət başlayır. Bu, kimə lazımdır?

Mənim real həyat təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Azərbaycanda kiçik və orta biznes anlayışının  uğur formulu primitiv və orta əsrlərə aid “Al-Ver”dir. Yarmarkaya getmək, 1 manata almaq, şəhər mərkəzinə gəlmək və 5 manata satmaq! Vəssalam!

Belə yaşamaq olmaz. Kiçik və orta biznes hər şey istehsal etməlidir. Mən sivil ölkədə təhsilin və gəlirlərin səviyyəsini, istehlak standartlarını, maddi və ya intellektual mülkiyyətə sahibliyi, həmçinin yüksək ixtisaslı əmək qabiliyyətini məhz orta sinif formalaşdırır deyəndə Amerika kəşf etmirəm.

Biznesə müdaxilə, rüşvət, havadarlıq və digər vəhşi özbaşınalıq haqda suala belə cavab verəcəyəm: Türkiyədə belə şey yoxdur. Amma oğrular, xüsusilə də bunlar dövlət məmurları olduqda kifayət qədər operativ şəkildə həbsxanaya düşürlər. Çünki qanun işləyir. Xəzinə oğruları cavab verəcəklər. Burada vəzifə ilə alver etmirlər. Həkimlər müalicə edirlər! Müəllimlər öyrədirlər! Mühəndislər texnoloji tərəqqini hərəkət etdirirlər. Polislər və jandarmalar isə asayişin keşiyindədirlər. Türkiyədə ən şərəfli ad professordur. Prokuror deyil.

Sual:  Türkiyədə lira 17 faiz enib. Niyə? Azərbaycanda manat 1,7 dollara bərabərdir. Bu, bizim iqtisadiyyatın daha yaxşı olmasından xəbər verir? Ərdoğanın biznes, iqtisadiyyat siyasəti ilə bağlı rəyiniz necədir?

Cavab:​ Türkiyədə pandemiya dövründə hər şey “aut” vəziyyətindədir, koronavirusu və dövlət məmurları tüğyan edirlər. Lokdaunlar, komendant saatları və anlaşılması çox çətin şeylər baş verdi. Son bir il ərzində yanacaqdoldurma məntəqələri qiymətləri 20 faiz artırıb. Bir çox həyat meyarları üzrə də eyni şeylər baş verib. 2020-ci ildə Türkiyədə rəsmi inflyasiya 14,6 faiz təşkil edib. Hər şeyə dəhşətli dərəcədə təsir göstərir.

Bazar qanunlarına görə işləyən istəbilən ölkənin iqtisadiyyatı pul olmadan mümkün deyil və həmin pulların dəyəri bir çox amillərdən asılıdır. 2020-ci ilin noyabrında Türkiyə pul-kredit siyasətində qlobal hadisələr baş verib. Təkrar maliyyələşdirmə dərəcəsi (əsas faiz dərəcəsi) ildırım sürəti ilə 10,25 faizdən 15% faizə yüksəlib, dekabrda isə onu 17 faizə qaldırdılar.  Bu, çox radikal bir addım oldu – belə bir qərar valyuta bazarına müsbət təsir göstərdi – o zaman türk lirasının rekord aşağı dəyəri (1 dollar 8,50 lira idi) növbəti üç ayda 18 faiz artdı. Dollar 7,02 lira oldu. Hamı sevindi. Ancaq sevinc qısa sürdü. Türkiyə Mərkəzi Bankı rəhbərinin dəyişməsi növbəti fiaskoya uğradı. İndi də böhran dollar həddini 8,16 türk lirasına qaytardı. Bu, əlbəttə, fəlakətdir! Bazar hadisələrə reaksiya verir. Türkiyə prezidenti cənab Ərdoğan Mərkəzi Bankın rəhbəri Akbalı işdən çıxardı, belə ki, o, həmin ərəfədə  inflyasiyanın qarşısını almaq və liranın dəyərini yüksəltmək faiz dərəcələrini 19%-ə qaldırmışdı. Prezident onu partiyadaşı Sahap Kavçıoğlu ilə əvəz etdi. Türkiyə prezidenti hər zaman Mərkəzi Bankın təkrar maliyyələşməsinin aşağı faizinin tərəfdarı sayılıb və bu rəqəmin inflyasiyaya nəzarət edəcəyini düşünür. Amma bu, belə deyil. Və hər şeyi dünya maliyyə bazarlarının böhranı, qlobal quraqlıq, koronavirus pandemiyasının adına yazmaq doğru olmaz.

Sual:  Biz az duz haqqında. Azərbaycanda duz bazarını necə qiymətləndirirsiniz? Bizdə Naxçıvanda, Abşeronda (Masazır) duz müəssisələri fəaliyyət göstərir, ancaq mağazalarda Rusiyadan idxal duzu və sair satılır, niyə? Öz məhsullarının satışını stimullaşdırmaq üçün hökumət idxal rüsumlarını artırmalıdır? Bildiyim qədərilə, Türkiyə hökuməti idxal avtomobillərilə bağlı belə davranır.

Cavab:​ Türkiyənin mərkəzi gölü duzludur və elə “Duz” gölü adlanır. Türkiyənin qida duzunun təxminən 70 faizi burada hasil edilir. 2020-ci ildə duz istehsalının həcmi təkcə bu hiper-duz gölündən ildə 860 min ton təşkil edib və inkişaf tendensiyasına əsasən tezliklə 1 milyon tonu keçəcək. Ümumiyyətlə, Türkiyə dünya duz bazarının güclü oyunçusu kimi tanınır və bu gün istehsalın həcminə görə Avropada altıncı yeri tutur. Bu, ildə 4 milyon tondan çoxdur. Türkiyədə təxminən 30 duz şirkəti var. Qida, yem və texniki duzun bütün növləri çıxarılır və istehsal olunur.

Müasir türk istehsalçılar istehsal olunan məhsulların keyfiyyətinə böyük diqqət yetirirlər, attestasiya və keyfiyyətin auditi hər şeydən öndə gəlir. Keyfiyyət sertifikatlarının alınması isə bunun təsdiqidir. Odur ki, Türkiyənin dünyanın 60-dan çox ölkəsinə duz ixrac etməsi təəccüblü deyil.

Azərbaycanda duz bazarından danışmaq isə mənim tərəfimdən heç də düzgün olmayacaq. Orada “duz inhisarçılığı” var. İldə haradasa cəmi 90 min, yaxud 100 min ton. Bazarın əsas sahibi “Azərduz” qida təhlükəsizliyi üzrə İSO 22000 sertifikatına malik deyil. Bildiyimə görə, Azərbaycan dövlətlərin hansı duzun yeməli olduğunu və hansı ilə duzlamaq lazım olduğunu göstərən ölkələrin kiçik bir siyahısına daxil edilib.

Məlumdur ki, son iki onillikdə yod çatışmazlığı ilə bağlı pozuntuların aradan qaldırılmasında əhəmiyyətli irəliləyiş əldə edilib. 1990-cı ildən 2017-ci ilədək əhalinin qidalanmasında yod çatışmazlığı olan ölkələrin sayı 113-dən 20-yə enib. Odur ki, Azərbaycan bazarına yalnız yodlaşdırılmış duz ixrac etmək olar. Hətta söhbət inəklər və heyvandarlıq üçün yem duzundan gedirsə belə. Sanki proqressiv qonşu Gürcüstanda da vəziyyət eynidir. Ora ancaq yodlaşdırılmış duz aparıla bilər.

Amerika, Kanada, Avropa ölkələrində, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və yüzlərlə başqa ölkədə yodlaşdırılmış duz problemi yoxdur. Həmin ölkələrin bazarlarında bütün növ duzlar təqdim olunur, istehlakçılar isə öz zövqlərinə və qastronomiya üstünlüklərinə görə özləri müəyyən edirlər.

Sual:   İzmirdə yaşayan azərbaycanlılar haqqında danışın, Qarabağda müharibəyə necə reaksiya verdilər? Qələbədən sonra türklərin azərbaycanlılara qarşı münasibətinin dəyişdiyini eşitdim. Bu, belədir?

Cavab:​ İzmirdə azərbaycanlıların hansısa xüsusi statusu və ya klubu yoxdur. Amma Türkiyədə azərbaycanlılar çoxdur. 3 il öncə İzmirdə “Bakı” parkının açılışı olub, mediada işıqlandırılıb. Bilirəm ki, Bakıda “İzmir” parkı var. İzmirdə brutal Azərbaycan restoranı yoxdur. Hərçənd düşünürəm ki, Azərbaycan mətbəxi türk qurmanları təəccübləndirə bilərdi.

İzmir universitetlərində Azərbaycandan olan tələbələrin sayı az deyil, Türkiyədə 20 mindən çoxdur, təxminən 150 universitet var. 11 ildir ki, mənim ailəm Türkiyədə yaşayır, heç birimiz hansısa aqressiv və ya xoş olmayan bir münasibətlə qarşılaşmamışıq. İzmiri haqlı olaraq Türkiyənin “mədəniyyət paytaxtı” adlandırırlar. Buradakı gənclər mütərəqqi gənclərdir.

İzmirdə Azərbaycandan olan sahibkarlar az deyil. Fəxrlə deyə bilərəm ki, onlar iqtisadi zonalarda aqrar biznes sahəsində çalışırlar – qrinhauslar inşa edirlər və onları müasir avadanlıqla təchiz edirlər, biznes-logistika, emal, ticarət, ixrac sahələrində çalışırlar.

Bu 20 ildən artıqdır ki, burada yaşayan azərbaycanlıların ilk dalğasına aiddir – onlar Türkiyə incəsənətinin, mədəniyyətinin və elminin inkişafına əhəmiyyətli töhfələr veriblər və bu gün də bunu davam etdirirlər. Mən qürur duyuram ki, onlar özlərini tərəqqi daşıyıcıları kimi göstəriblər. Təəssüf ki, çağdaş Azərbaycanda bu cür adamlar artıq yoxdur.

Azərbaycanın rəşadətli ordusunun erməni işğalçı korpusunu darmadağın edərək Qarabağın azad edilməsinə nail olması isə heç bir mübaliğəsiz vətəndaş qürurunu və ləyaqətini bizə qaytardı. İzmirin balkonlarında Azərbaycan bayraqları dalğalanmağa başladı. Qələbə bayraqları!

Türkiyə və Türkiyə vətəndaşlarının Azərbaycana və onun vətəndaşlarına münasibəti gerçəkdən qardaş münasibətidir. Türkiyədə Azərbaycanın qələbəsini birbaşa mənasında “ura!” ilə qarşıladılar. Üstəlik, bütün müharibə dövrü Türkiyə mediasının birinci səhifələrində və xəbərlərin əsas reportajlarında  işıqlandırılırdı. Bizim fabrikin qarşısında Türkiyə və Azərbaycanın bayraqları asılıb. Tez-tez eşidirəm ki, digər fabriklərin işçiləri yaxınlıqdan keçərkən bizim bayraq dirəklərinə hörmətlə baxırlar, uca səslə türk aksenti ilə “Azərbaycan” deyirlər.  Burada Azərbaycan ordusunun qələbəsini birmənalı olaraq ümumi qələbə kimi qəbul edirlər. Türkiyədə hər yerdə və hər bir şəraitdə qürurla  Azərbaycan vətəndaşı olduğunu söyləyə bilərsən.

Azərbaycan təkcə Əliağada “Petkim” neft-kimya nəhənginə təxminən 10 milyard dollar investisiya yatırıb. Əliağa İzmir vilayətidir, iri beynəlxalq limandır. Əgər qarşılıqlı investisiyaları qiymətləndirsək, Türkiyə və Azərbaycanın bir-birinin iqtisadiyyatına yatırdıqları investisiyaların həcmi bu gün müvafiq olaraq 12 milyard dollar və 19,5 milyard dollar təşkil edir.

Türkiyə prezidenti isə həmişə deyir: “Mənim əziz qardaşım prezident İlham Əliyev”. Diplomatik dildə bizim ölkələrin yaxınlığını göstərən bundan daha parlaq və birbaşa ifadə yoxdur.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button