2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Niyə ölürük?!

Elnur As

[email protected]

Saytların yığılması Saytlarin yigilmasi

Salyanda dünyaya gələn üçəmlərdən ikisinin doğuş zamanı ölməsi xəbərini yəqin eşitmisiniz. Bu ürəkağrıdan xəbərlə bağlı nə demək olar?

Azərbaycan səhiyyəsinin hansı kökdə olduğunu demək artıqdır. Ölkənin pulları mənasız, heç kimə lazım olmayan musiqi və idman yarışları üçün göyə sovrulur, taleyüklü məsələlərin həlli isə çoxdan unudulub. Məsələn, yaptokratlar Bakıda və rayonlarda müasir xəstəxanaların tikintisindən ağızdolusu danışırlar. Amma hətta həmin xəstəxanalara belə, etibar etmək çətindir. Ola bilsin orada ən yeni tibbi avadanlıqlar alınıb, ancaq peşəkar həkim tapılmır.

Yaxud gülməli maaş alan həkimin hər hansı xəstənin ağrıyan yerindən əvvəl əlinə, cibinə baxmasına nə deməli?

Dediyimiz yarışlara yüz milyonlarla dollar xərcləməkdənsə, bu pullara professional tibbi kadrlar hazırlamaq, onları Avropada, Qərbdə yetişdirib burada yüksək maaşla işə cəlb etmək barədə düşünmək olmazdımı? Əlbəttə, olardı. Amma bunun üçün öncə ölkədə normal, sivil, modern idarəetmə sistemi yaranmalıdır. Yoxsa hər şeyin sərvət ehtirası, var-dövlət hərisliyi, korrupsiya prinsipləri üzərində qurulduğu bir ortamda buna ümid etmək çox gülməlidir.

Qayıdaq Salyanda yeni doğulan iki körpənin ölümünə – deyirlər, faciənin səbəbi xəstəxanada işıqların sönməsidir. Nəticədə, küveyzə yerləşdirilmiş körpələr üçün ölüm qaçılmaza çevrilib. Doğrudur, əksini iddia edənlər də var. Deyirlər, hətta işıq olmasa belə, ölümü önləmək, küveyzi çalışdırmaq çox sadə, asan məsələdir. Ola bilər. Amma məsələ burasındadır ki, əgər cəngəllik qanunlarına tabe etdirilmiş ölkədə yaşayırsınızsa, artıq sizin üçün asan, sadə olan heç nə yoxdur.

Səhiyyə rəsmiləri camaatı inandırmağa çalışır ki, Salyanda körpələrin ölümündə onların erkən doğuşu həlledici rol oynayıb. Olsun. Bəs eyni vaxtlarda xəstəxanaya ağır bir xəstə gətirilsə, onun təcili əməliyyata ehtiyacı olsa, nə baş verəcəkdi? Bu əməliyyat şam işığında aparılacaqdı? Hansısa futbol çempionatına 70 milyon avro pul verib, stadionun reklam şitlərinə “Energy of Azerbaijan” yazdırmaqla deyil e! Gürcüstandakı hansısa erməni kilsəsinə pulsuz qaz verə bilirsiniz, heç olmasa, öz ölkənizdə də xəstəxanalara normal elektrik enerjisi verin.

Körpələrin ölüm faktını erkən doğuşa bağlamağa gəlincə isə, bu da yapçıların tipik özünəbəraət cəhdidir. Son illərdə Azərbaycanda doğuş zamanı ana və uşaq ölümlərinin statistikası adamların tükünü ürpədir.

Təsəvvür edin, təkcə 2014-cü ildə Azərbaycanda bir yaşa qədər olan körpələrin ölüm sayı 1655 olub. Onlardan 1324-ü şəhər yerində, 331-i isə kənd yerində həyatını itirib.

Rəqəmlərə əsasən, 2014-cü ildə ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 25 ana ölüb.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə olan anaların 2014-cü ildə ölümünün səviyyəsi 2013-cü illə müqayisədə 0,7 faiz artıb.

Hələ bunlar rəsmi rəqəmlərdir. Yapçıların statistika ilə necə “rəqs etdiklərini”, oynadıqlarını bilirik. Deməli, həmin rəqəmlər reallıqda daha yüksəkdir. Bu da durumun nə qədər dəhşətli, qorxunc olduğunun görsənişidir.

Yaxşı, indi deyin görək, doğuş zamanı ölümlərin bu qədər artmasının hamısınınmı səbəbi erkən doğuşdur? Nədir ilbəil belə faktların çoxalmasının sirri?

Yox, əlbəttə, şəxsən mənə yaptokratların bu suallara cavabları maraqlı deyil. Onsuz da bizi bu ölkədə ilk növbədə korrupsiya, məmur özbaşınalığı, hüquqsuzluq, həqiqətsizlik öldürür. Bunun nə vaxt, necə, hansı şəkildə baş vermsəsi artıq sonrakı, hətta əhəmiyyətsiz məsələdir.

Sadəcə, yuxarıdakı sualları da ona görə verdim, sizin yalanlarınıza bayılıram, o qədər gülünc yalanlar danışırsınız ki, adam oxuyanda, eşidəndə bir az ürəyi açılır, dodağı qaçır. Yoxsa bunca dərdin-azarın içində üzümüzə az da olsa necə təbəssüm qonardı?!

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button