Loading...
Loading...
Şou

Niyam: ” İcazə vermərəm onu Biləcəridən o tərəfə əzsinlər “

“Rəhim mənim dostumdur. Əgər mən onunla danışmıramsa bu o demək deyil ki, mən onu əzməliyəm. Dalaşanda heç kim, heç kimə “aycan” demir”.

Bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Niyam Salami söyləyib.

O, müğənni Rəhim Rəhimli ilə arasında olan küsülükdən danışıb:

“Həmin ərəfədə insan aqresiv olur. O mənim sənət dostumdur. Biz onunla duz-çörək kəsmişik. Mən istəmərəm ki, onun ayağına daş dəysin. Maqazin verilişlərində onu-buna, bunu-ona yapışdırırlar. Mənə ayıbdır efirdə çıxıb, bu barədə danışmağım.

Mən Rəhim haqqında danışmamışam. O Kərimin öz fikridir, bəlkə də o elə görmək istəyib. Hərənin öz bağlı qapısı var. Kiminləsə danışmıramsa mən onu icazə vermərəm ki, onu Biləcəridən o tərəfə əzsinlər. Çünki mən utanaram, 2-3 aydan sonra həmin adamla barışaram, sizin yanınızda utanaram”.

Qeyd edək ki, müğənni Kərim Abbasov “ATV maqazin onlarla” verilişində Niyam Salaminin xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla arasını vuran ifaçının R.Rəhimli olduğunu bildirib:

“Onlar çox yaxın dost olublar. Bağda ərik söhbəti. Niyam ad çəkmədi. Amma hamı bilir ki, söhbət kimdən gedir, kor-kor. Üzülürəm ki, belə bir qalmaqal yaşandı. Bir-birlərinin yanında ayıbları var, belə etməsinlər”.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button