2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Nizaminin heykəlinin yerində şadlıq sarayı

Lənkəran şəhrində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan tarixi memarlıq abidəsinin söküldüyü deyilir.

Bu barədə «Qəsr» Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi açıqlama yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada tarixi memarlıq abidəsini «Neon-111» MMC şirkətinin sökdüyü qeyd edilir: «Nizami adına kinoteatrın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. Bina heç bir hüquq müəyyənedici sənəd olmadan «Neon-111» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində «Neon» şadlıq sarayı tikilir. Kinoteatrın qarşısında olan Nizami Gəncəvinin heykəli də sökülüb».

Birlik məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətinə müraciət edib. Açıqlamada bildirildiyinə görə, icra başçısı Taleh Qaraşov onlara cavab verib ki, binanı Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarıb. Hərracda onu «Neon-111» MMC satın alıb.

«Neon-111» MMC-nin sözügedən tikilini sökdüyü və yerində qeyri-yaşayış obyekti tikildiyi bildirilir.

Birliyə həmçinin bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayon İcra Hakimiyyətinə müraciətindən sonra tikinti dayandırılıb.

Amma birlik apardığı monitorinqlərə istinadən qeyd edir ki, tikinti işləri, hələ də, dayandırılmayıb.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button