2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nobel mükafatlı Sancar: “Anam bir Atatürk heyranıydı

2015-ci ildə kimya sahəsi üzrə Nobel mükafatı alan türk alimi professor Əziz Sancar həyatı haqqında maraqlı məqamları açıqlayıb. Mardinin Savur qəsəbəsindən Amerikaya və Nobel mükafatına uzanan həyat hekayəsini anladarkən anası və ailəsi haqqında danışıb.

“Amerikanın səsi” radiosuna müsahibə verən Sancar bir kənd imamının qızı olan anası Məryəm Sancarın Atatürk heyranı olduğunu bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“O, Atatürkü heyranlıqla sevərdi. Atatürkün etdiyi inqilabları öz həyatına gətirdiyi dəyişiklikləri gördü. O baxımdan anam böyük Atatürk heyranı idi. Atatürkün çox vurğuladığı mövzu təhsil və bilimdi, onu anam də anladı. O baxımdan bütün uşaqlarına “oxuyacaqsınız” dedi və onun sayəsində hamımız oxuduq. ”

Sancar: “1960-cı illərdə İstanbul Tibb fakültəsində gördüyüm təhsili Avropanın ən yaxşı fakültələrində ala bilməzdim. Gözəl bir təhsil gördüm. Çox gözəl müəllimlərim vardı, məni yaxşı hazırladılar, Amerikaya hazırlıqlı halda gəldim. Orada imkanlarımız yox idi, burada vardı, amma mən nəzəri olaraq hazırdım”dedi.

İstanbulda Tibb təhsilini bitirdikdən sonra Savura bağlı Sürgücü kəndindəki səhiyyə ocağında çalışan Sancar:

“Məni o qədər sevərdilər ki, onları müayinə etdikdən sonra resepti tilsim-dua kimi qəbul edərdilər. O zamanlar üçün darıxıram, soruşsanız, həyatımın ən gözəl dövrü Sürgücü diyarında həkimlik etdiyim dövrlər idi. Damda yatardıq, Suriyanın uzaqdan iki şəhərinin işıqlarını seyr edərdik. Sabah azan səsi ilə oyanardım. ”

Məşhur alim bu anda xərçəng müalicəsində istifadə edilən dərmanlardan birinin təsirini artırmaq üçün çalışdıqlarını bildirərək deyib: “Gündə 5- 10 kilometr yeriməyə çalışıram. Yuxu ilə aram yaxşı deyil. Xərçəng xəstələrinə “Amerikaya gəlməyin” deyirəm. Edilən müalicələr standartdır. Amerika, Avropa və dünyanın hər yerində eyni müalicə tətbiq edilir. Müalicədə təməl dəstək ailə dəstəyidir, bura gəldiklərində ailə dəstəyindən məhrum qalırlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button