2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Norveçin xüsusi təyinatlı qadın əsgərləri FOTO

NATO üzvü olan Norveç 1980-ci illərdən bu yana orduda qadınlara  xüsusi döyüş vəzifələri də verməyə başlayıb. Ölkədə yalnız qadınlardan ibarət çox çətin şərtlər altında təhsil alan xüsusi birlik də var.

Norveçdə keçmişdə də qadınların xüsusi hərbi qüvvələrdə iştirak etmək hüququ var idi, ancaq hərbi karyeranı bu istiqamətdə davam etdirən qadınların sayı çox deyildi.

Saytların yığılması Saytlarin yigilmasi

Xüsusi təlim proqramını nəzərdə tutan “Ovçu Birliyi”nə ilk il 300-dən çox qadın müraciət edib. Proqram çərçivəsində təlim görən qadınlar kürəyində özü qədər ağır olan sursatla kilometrlərlə gedir, həyatda qalma təlimində yemək üçün ov ovlayır və düşmən xəttini keçmək üçün təyyarədən tullanma təlimi keçir.

Əsgərlər təhsillərinə ara verəndə  mahnı oxuyub zarafatlaşır, qısa müddətli fasilənin kefini çıxarırlar. Xüsusi qüvvətlərə qəbul olan əsgərlər, ümumiyyətlə, idman liseyi məzunlarıdır.
Qəbul edilən qadınların yaşları 19 ilə 27 yaş arasında dəyişir.

Xatırladaq ki, ABŞ və İngiltərə qadın əsgərlərə bir az əvvəl xüsusi hərbi vəzifələr verməyə başlayıb.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button