2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Nothing brendinin ilk smartfon modelinin güman olunan real fotosu ortaya çıxıb

    OnePlus-ın keçmiş həmtəsisçisi Carl Pei şirkətdən 2020-ci ildə ayrılmışdı. Şirkətdən ayrılandan sonra o özünün Nothing adlı brendini yaratdı. Sözügedən brend ilk məhsulu kimi şəffaf gövdəyə sahib naqilsiz qulaqlıqlarını təqdim etmişdi. Lakin Carl Pei dəfələrlə qeyd etmişdi ki, şirkətin gələcək məhsullar siyahısı daha geniş olacaq. Bir neçə gün bundan öncə Carl Pei əlində hansısa smartfonla birlikdə fotolara yaxalanıb. Güman olunur ki, onun əlində tutmuş olduğu smartfon məhz Nothing brendinin ilk smartfon modelidir.

Saytların yığılması Saytlarin yigilmasi

    Techcrunch saytı öz mənbələrinə istinadən xəbər verib ki, Carl Pei MWC 2022 sərgisi çərçivəsində Nothing brendinin ilk smartfon modelinin prototipini bəzi iş görüşlərində sərgiləyib. Həmin iş görüşlərindən birində çəkilmiş foto isə jurnalistlərin əllərinə keçib. Əldə edilmiş fotodan görmək olar ki, hələ təqdim edilməmiş smartfonun arxa panelinin yuxarı hissəsində kameralar üçün nəzərdə tutulmuş dairəvi sahə yerləşir. Smartfonun texniki göstəriciləri barəsində məlumat yoxdur. Bəzi məlumatlarda qeyd edilib ki, şirkətin ilk smartfon modelinin dizaynından şəffaf elementlərə üstünlük veriləcək. Smartfonun yaxın zamanda anons edilməsi istisna deyil.

24 saat” “Nothing brendinin ilk smartfon modelinin güman olunan real fotosu ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button