2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Nothing brendinin ilk smartfon modelinin texniki özəllikləri internetdə ortaya çıxıb

    Mart ayının sonunda Nothing brendi rəsmi şəkildə elan etmişdi ki, onun növbəti məhsulu Nothing Phone (1) adlı smartfon olacaq. Qeyd etmək lazımdır ki, sözügedən brend OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei tərəfindən təsis edilib. Nothing şirkəti keçən ilin yay fəslində ilk məhsulu kimi Nothing Ear (1) adlı naqilsiz qulaqlıqları təqdim etmişdi. İndi isə şirkət öz ilk smartfonu üzərində çalışır. Mart ayının sonunda şirkət ilk smartfonu üzərində çalışdığını elan edən zaman onun barəsində ətraflı məlumat vermədi. Lakin indi həmin məlumatlar internetdə ortaya çıxıb. Beləliklə verilmiş məlumatlara əsasən Nothing Phone (1) smartfonu yüksək təsvir yenilənməsinə sahib AMOLED ekran ilə təchiz olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Bununla yanaşı ekran HDR10+ texnologiyasının dəstəyini də özündə birləşdirəcək. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 778G prosessoru, 8 GB RAM və minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Ortaya çıxmış məlumatlar arasında həmçinin smartfonun sahib olacağı kameralar barəsində məlumatlar da yer alıb. Beləliklə Nothing Phone (1)-in 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacağı gözlənilir. Smartfon 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və Nothing OS interfeysli Android 12 vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Nothing şirkətinin ilk smartfonu bu ilin yay fəslində təqdim ediləcək.

24 saat” “Nothing brendinin ilk smartfon modelinin texniki özəllikləri internetdə ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button