2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO)

    MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmtəsisçisi olan Carl Pei-n Nothing adlı yeni şirkətinin ilk smartfon modeli Nothing Phone (1)-i ilk əldə etmiş şəxs olub. Beləliklə blogger sözügedən smartfonun ön panelini və digər smartfonlarda olmayan unikal özəlliklərini sərgiləyib. Vizual olaraq Nothing Phone (1) modeli iPhone 12-ni xatırladır. Belə ki, bu smartfon da iPhone 12 kimi yastı kənar hissələrə və arxa kamera dizaynına sahibdir. Bununla belə yeni smartfon digərlərindən şəffaf arxa paneli ilə seçilir. Şəffaf panelin alt hissəsində isə smartfonun bəzi daxili elementləri dekorativ şəkildə yerləşdirilib. Ön paneldən smartfon nazik çərçivələrə sahib yastı ekran ilə təchiz olunub.

Saytların yığılması Saytlarin yigilmasi

    Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Nothing Phone (1)-in əsas özəlliklərindən biri də arxa kameraları və naqilsiz şarj mexanizmini əhatə edən diod işıqlardır. Smartfonun arxa panelində ümumilikdə 900 ədəd kiçik ölçülü işıq diodları mövcuddur. Onlar birlikdə bərabər paylanan işıqlandırmanı yaradırlar. Bundan əlavə olaraq onlar öz növbələrində fənər və kameradan istifadə zamanı əlavə işıqlandırma mexanizmi qismində çıxış edirlər. Lakin təkcə işıqlandırma ilə bu işıq diodları məhdudlaşmırlar. Belə ki, smartfonun ayarlarında Glyph Interface adlı xüsusi bölmə var və həmin bölmə vasitəsilə işıqlandırmanın parlaqlığını və onun çalışmayacağı zamanı ayarlamaq mümkündür.

    Naqilsiz qulaqlıqları Nothing Phone (1)-in arxa paneli üzərinə qoyan zaman onlar şarj olunmağa başlayacaqlar və bu şarj prosesindən smartfondakı naqilsiz şarj mexanizminin ətrafındakı işıq diodları xəbər verəcəklər. Bundan əlavə olaraq yeni smartfonda 10 unikal sistem musiqisi mövcuddur və həmin musiqilərdən hər biri işıqlandırmanın unikal patterninə aiddir. Beləliklə müxtəlif işıqlanma üsullarını əhatə edən hər bir sistem musiqisini müxtəlif kontaktlar və ya tətbiqlərə təyin etmək olar. Bu üsul ilə kimin zəng etdiyini və ya hansı tətbiqdən bildiriş gəldiyini işıqlandırma mexanizmi hesabına bilmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (1)-in təqdimatı 12 iyul tarixində baş tutacaq.

24 saat” “Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button