Loading...
Loading...
Texnologiya

Nothing Phone (1) smartfonunun rəsmi dizaynı sərgilənib

    Nothing şirkəti sonunda öz ilk smartfon modelinin rəsmi tizer fotosunu təqdim edib. Təqdim edilmiş rəsmi tizer fotosunda smartfonun arxa panel dizaynı sərgilənib. Qeyd etmək lazımdır ki, smartfon qeyri-adi dizayna sahibdir. Hər halda onu digər brendin smartfonu ilə səhv salmaq mümkün deyil. Beləliklə rəsmi tizer fotosu ilə Nothing Phone (1) haqqında olmuş məlumat sızıntıları təsdiqləniblər. Belə ki, smartfon şəffaf arxa panel ilə təchiz olunub. Şəffaf arxa panelin alt hisəssində naqilsiz şarj üçün nəzərdə tutulmuş komponenti və ikili arxa kameranı görmək olar. Tizer fotosunda smartfonun yalnız arxa paneli sərgilənsə də fotonu yaxınlaşdıran zaman yandırıb/söndürmə və səsin tənzimlənməsi düymələrini görmək olar. Son məlumatlara əsasən Nothing Phone (1) smartfonu Full HD+ keyfiyyətli 6.55 düym OLED ekran və Snapdragon 7 Gen 1 prosessoru ilə təchiz olunacaq. Smartfonun digər texniki özəllikləri barəsində hələ məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Nothing Phone (1)-in təqdimatı 12 iyul tarixində baş tutacaq.

24 saat” “Nothing Phone (1) smartfonunun rəsmi dizaynı sərgilənib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  “Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata... - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button