Loading...
Loading...
Texnologiya

Nothing şirkəti ilk smartfonunu, Nothing OS adlı istifadəçi interfeysini və ekosistemini anons edib

    OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei tərəfindən yaradılmış Nothing adlı brend yeni tədbirini keçirdib. Keçirilmiş tədbir çərçivəsində şirkət ilk smartfonunu, Nothing OS adlı istifadəçi interfeysini və ekosistemini anons edib. Tədbir çərçivəsində şirkətin smartfonu sərgilənməsə də onun yayda təqdim ediləcəyi qeyd edilib. Bundan əlavə olaraq Carl Pei Nothing OS-in bəzi özəllikləri və şirkətin planları barəsində məlumatlar verib. Beləliklə Carl Pei bildirib ki, şirkətin Nothing Phone (1) adlı ilk smartfonu bu ilin yay fəslində təqdim ediləcək. Smartfonun əsas özəlliklərindən biri də Android əsaslı Nothing OS adlı istifadəçi interfeysi olacaq. Sözügedən istifadəçi interfeysi Android-in ən yaxşı tərəflərini özündə birləşdirəcək və o cümlədən çoxlu sayda sistem tətbiqindən imtina hesabına daha sürətli çalışma prosesini təmin edəcək. Verilmiş məlumata əsasən istifadəçi interfeysində minimal sayda sistem tətbiqi reallaşdırılacaq.

    Tərtibatçılar sözügedən istifadəçi interfeysi çərçivəsində istifadəçilərə axıcı animasiyanı, inteqrasiya edilmiş diktofonu, vidjetləri və monoxrom interfeysi təqdim edəcəklər. Gözləntilərə əsasən Nothing OS təkcə smartfonlarda deyil, həmçinin Nothing şirkətinin digər cihazlarında da çalışacaq. Bundan əlavə olaraq şirkət Nothing OS Launcher-i də istifadəyə verəcək. Sözügedən launcher gələn ay bəzi Android smartfonlar üçün aktiv olacaq. Carl Pei onu da qeyd edib ki, Nothing brendi Qualcomm ilə əməkdaşlıq edir. Lakin yayda təqdim ediləcək smartfonda Qualcomm-un hansı prosessorundan istifadə ediləcəyi barəsində məlumat verilməyib.

    Bununla yanaşı məlum olub ki, Nothing Phone (1) smartfonu 3 il ərzində əməliyyat sistemi yenilənməsini və 4 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcək. Tədbirin sonunda Carl Pei Nothing brendinin ekosistemini anons edib. Gələcəkdə bu ekosistemə şirkətin digər cihazları da daxil olacaqlar. Carl Pei bildirib ki, fərdi ekosistemin yaradılmasında şirkət Apple-dan ilhamlanacaq. Belə ki, Apple öz cihazları ilə digər brendlərin cihazları arasında axıcı qarşılıqlı əlaqə sistemini yarada bilib. Nothing Phone (1) smartfon modelinin hansı texniki göstəricilərə sahib olacağı və hansı qiymətə satılacağı bilinmir.

Gözdən qaçırmayın:  İnsayderlər iPhone 14 barəsində yeni məlumatlar veriblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button