2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatlar ortaya çıxıb

    8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei özünün Nothing adlı yeni şirkətinin ilk smartfonu ətrafında intriqalar yaradır. Belə ki, internetdə Nothing şirkətinin ilk smartfon modelinin güman olunan dizaynı, satış tarixi və qiyməti barəsində məlumatlar ortaya çıxıb. Şirkətin ilk smartfon modelinin tizer fotolarını təqdim etməklə yanaşı Carl Pei və şirkətin dizayn şöbəsinin rəhbəri Tom Howard Nothing Phone (1) smartfonunun şəffaf arxa panelə sahib olacağını bildiriblər. Görünür, şirkət naqilsiz Nothing Ear (1) qulaqlıqlarında reallaşdırılmış dizayn özəlliyinə sadiq qalmaq fikrindədir. Tom Howard-ın sözlərinə əsasən onlar smartfonun daxili hissəsinin xaricdən görünməsini mümkün etmək istəyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Lakin şirkətin komandası qarşısında ciddi problem dayandı. Belə ki, bu məsələdə təkcə şəffaf arxa panel qapağından istifadə etmək kifayət deyil. Məlumatda qeyd edilib ki, smartfon daxilində lay-lay yerləşdirilmiş 400 ədəd detal var. Şirkət isə həmin detallardan yalnız diqqətəlayiq olanları əks etdirmək istəyir. Şirkət əsasən kameralarını və naqilsiz şarj texnologiyasının induksiya sarğısını ön plana çəkməyi hədəfləyib. Carl Pei bildirib ki, Nothing brendi üçün vacib olan məqamlardan biri hamı tərəfindən tanınacaq fərdi dizaynın yaradılmasıdır.

    Məhz bu cür vahid dizayn şirkətin bütün cihazlarını birləşdirəcək faktorlardan biri kimi çıxış edəcək. Onun sözlərinə əsasən bazarda hal hazırda bu cür fəlsəfə ilə çalışan yalnız bir şirkət var və o, Apple şirkətidir. Ortaya çıxmış məlumata əsasən Nothing Phone (1) smartfonu 21 iyul tarixində satışa çıxacaq. Təqdimat tədbirinin həmin tarixdə və ya daha öncə olub-olmayacağı bilinmir. İnsayderlər qeyd ediblər ki, şirkət 500$ dəyərində satış qiymətinə hədəflənib. Gözləntilərə əsasən Nothing Phone (1) smartfonu bir neçə müddət bundan öncə təqdim edilmiş Snapdragon 7 Gen 1 prosessoru ilə təchiz olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button