2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Nothing şirkətinin ilk smartfonunun sahib olacağı texniki özəlliklər barəsində məlumat verilib

    Hələ bir neçə müddət bundan öncə Nothing şirkəti keçirtmiş olduğu xüsusi tədbir çərçivəsində öz yeni məhsullarını anons etmişdi. Tədbir çərçivəsində şirkət öz ilk smartfonu Nothing Phone (1)-i və Nothing OS adlı istifadəçi interfeysini anons etmişdi. Lakin tədbir zamanı smartfonun özü sərgilənmədi. Belə ki, şirkətin ilk smartfon modelinin təqdimatı yay fəslində baş tutacaq. İndi isə insayderlər Nothing Phone (1)-in sahib olacağı texniki özəlliklər barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən smartfon Super AMOLED ekrana sahib olacaq. Ekran üzərində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik çıxıntı hissə yerləşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Smartfonun aşağı hissəsi maksimal dərəcədə nazik çərçivəni özündə birləşdirəcək. Məlumata əsasən smartfon ikili arxa kamera ilə təchiz olunacaq. Onlardan biri 50 MP-lik obyektiv olacaq və o, təsvirin optik stabilizasiyasını dəstəkləyəcək. İkinci kamera isə genişbucaqlı obyektiv olacaq. Gözləntilərə əsasən smartfon Snapdragon 8 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 128/256 GB daxili yaddaş həcminə sahib olacaq. Hələ anons zamanı Nothing şirkətinin təsisçisi Carl Pei təsdiqləmişdi ki, Nothing Phone (1) sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfon Android 12 vasitəsilə çalışacaq. İnsayderlər bildiriblər ki, smartfonun satışlarına avqust ayında start veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button