2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Növbəti devalvasiyanın ayaq səsləri eşidilməkdədir…

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Millətimiz yalnız “9 fevral” seçki rüsvayçılığından deyil, həm də hökumətin iqtisadi siyasətindən növbəti zərbələr almaqdadır. Belə ki, dövlət büdcəsinin gəlirləri yanvar ayında 13,7% azalıb. Bu məlumatı Maliyyə Nazirliyinə istinadən Dövlət Statistika Komitəsi açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin yanvar ayında dövlət büdcəsinə 2,1 milyard manat yığılmışdısa, bu ilin yanvarında 1,8 milyard manat yığılıb. Bu il yığım 300 milyon manat azalıb…

Bəs niyə belə olub? Bəs 2019-cu ildə vergi və gömrük orqanlarının tapıb üzə çıxardıqları 1 milyard manatlıq əlavə vergi yığım mənbələri niyə bu ilin yanvar ayında özünü göstərə bilməyib? Haraya qeyb oldu o mənbələr? Olmaya, o əlavə mənbələrin bir atımlıq barıtları varıymış?..

Hər bir halda hazırkı vəziyyət heç ürəkaçan deyil və nikbin perspektiv də vəd eləmir. Məsələ ondadır ki, bu ilin dövlət büdcəsi ötən ilin büdcəsindən 1 milyard manat çox həcmdə təsdiq edilib və büdcəyə ilin sonunadək 24,1 milyard manat pul toplanmalıdır. Plana görə hər ay büdcəyə orta hesabla 2 milyard manat daxil olmalıdır. Yanvar yığımı isə bu göstəricidən təxminən 200 milyon manat azdır. Deməli, yığım planı 9% kəsirlə icra olunub. Xam neftin hasilat həcminin və birjalarda neft qiymətlərinin aşağı düşməkdə olduğu bir dövrdə büdcə gəlirləri üzrə öhdəliklərin yerinə yetirilməsindəki çətinliklərin daha da böyüyəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Belə bir şəraitdə dövlət büdcəsində bir sıra layihələr icra olunmaya, maliyyələşmədə ciddi problemlər yaşana bilər. Vəziyyət bir az da tündləşsə və davamlı xarakter alsa, növbəti devalvasiya məsələsi qaçılmaz addım kimi gündəliyə daşınacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button