Now Reading:
“Novostroyka”da mənzillərə “kupça” almaq üçün QİYMƏT AÇIQLANDI

“Novostroyka”da mənzillərə “kupça” almaq üçün QİYMƏT AÇIQLANDI

Bakıda və bölgələrdə yeni tikilən binalarda (“novostroyka”) mənzillərə dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üçün ödənişin məbləği açıqlanıb. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, yeni inşa edilmiş binalarda mənzil sahibləri rahatlıqla ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə (DƏDRX) və ərazi şöbələrinə, eləcə də, komitənin yeni yaradılan Əmlak Xidmətləri Məkanına rahat şəkildə müraciət edərək əmlak çıxarışlarını ala bilərlər. Çıxarışın alınması üçün xərclər digər mənzillərdə olduğu kimidir: “Bakı şəhərində yeni tikililərdəki mənzillərə ilkin qeydiyyat zamanı çıxarışların alınması üçün xərc 50 manat təşkil edir. Bunun 20 manatı xidmət haqqı, 30 manatı isə dövlət rüsumudur”.

Digər şəhər və rayonlarda ödəniş məbləğləri əmsallardan asılı olaraq dəyişir. O cümlədən, texniki pasportun tərtib edilməsi üçün ödənişlər həm də mənzilin sahəsindən asılıdır. Mənzil sahibləri qeydiyyat və çıxarış alınması üçün xərcləri özləri də hesablaya bilərlər: “Komitənin rəsmi internet səhifəsində Əmlakın Qeydiyyatı Kalkulyatoru da yerləşdirilib. Bundan istifadə edərək vətəndaşlar aldıqlan mənzilin dövlət çıxarışı üçün dövlət rüsumunu və xidmət haqqını öyrənə bilirlər”. Q.Xəlılov bildiribki, mənzil sahibləri bu ödənişləri elektron şəkildə də apara bilərlər.

Komitə rəsmisi bildirir ki, yeni inşa edilmiş mənzillərin qeydiyyata alınması üçün,

binanın istismara qəbul aktı,

MTK-la vətəndaşlar arasında alqı-satqı müqaviləsi,

 mənzilin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışı

təqdim olunmalıdır:

“Bu sənədlərin təqdim oluması kifayətdir ki, istənilən vətəndaş yeni inşa edilmiş binada öz mənzilinin çıxarışını əldə edə bilsin”. Yeri gəlmişkən, yeni inşa edilmiş hündür binalarının mənzillərinin dövlət revstrindən çıxarışlarının alınıb-alınmaması ilə bağlı elektron xidmət də var. Vətəndaş bu xidmətdən istifadə edərək hər hansı binada mənzilə çıxarışın verilib- verilməyəcəyini əvvəlcədən öyrənə bilir. (fed.az)

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.