2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Novruz bayramı qabağı bahalaşma başladı

Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tutublar.

BiG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından alış-verişə başlayıblar.

Vitrinlər bir-birindən fərqli çərəzlərlə dolub. Hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın 1 kq-nın qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satıldığı halda, ləpəsinin qiyməti 15-28 manat arasında dəyişir.

Saytların yığılması Saytlarin yigilmasi

Kiloqramı 12 manata olan quru badam, 9 manata satılan alma qurusu, 14 manata turş gilas və çiyələk qurusuna da maraq böyükdür.

Kişmişin kiloqramı 6-10, qaysı 14-16, Albuxara 7, gavalı 12, alça 9 manata təklif olunur. Bayrama yaxın qiymətlərin artacağı da istisna edilmir.

Satıcılar Novruz bayramı üçün xarab olmayan ərzaqların indidən tədarükünü məsləhət görürlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button