2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Novruz yarmarkaları – Bayram bazarlığını bu ÜNVANLARDAN EDİN!

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində martın 16-dan 19-dək fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə:
1. Xətai rayonu: -Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
2. Nərimanov rayonu: -Keşlə bazarının ərazisi;
3. Səbail rayonu: -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
4. Suraxanı rayonu: -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
5. Binəqədi rayonu : -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Saytların yığılması Saytlarin yigilmasi

Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Məlumatda bildirilir ki, məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button