2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Novruzun ikinci-Od çərşənbəsidir

Bu gün, fevralın 28-də Azərbaycanda Novruzun ikinci-Od çərşənbəsi qeyd olunur. Buna xalq arasında “Üskü çərşənbə” də deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Xalq arasında bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Əslində bütün çərşənbələrdə tonqal qalanır.

Adətə görə, Novruz bayramına dörd həftə qalmış dörd ünsür – su, od, yel və torpaqla bağlı sayılan çərşənbələr təntənəli şəkildə keçirilir.

Azərbaycanda bu il daha sonra, martın 7-də Yel, martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

2023-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button