2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Noyabrın 16-da Laçın döyüşlərində həlak olan bir qrup hərbçi təltif edilib

Bakı/27.12.21 Prezident İlham Əliyev 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində döyüş tapşırıqlarını yerinə yetirərkən şücaət və fədakarlıq göstərən Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sətrəncam imzalayıb.

Sərəncama görə, döyüşlər zamanı həlak olan hərbi qulluqçular leytenant Ümid Niftəliyev və gizir Orxan Cabarov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə , kiçik çavuş Natqi Əliyev, əsgərlər Elçin Ağayev, Elvin Əliyev, Elmin Əlizadə, Murad Xəlilov  “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Bununla yanaşı 90-dək döyüşçü “İgidliyə görə”,  “Cəsur döyüşçü” , “Döyüşdə fərqlənməyə görə” və  “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci il noyabrın 16-da Azərbaycan- Ermənistan sərhədində artilleriyanın tətbiqi də daxil olmaqla, lokal döyüşlər olub. Döyüşlər Rusiyanın təşəbbüsü ilə dayandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 6 hərbçisi həlak olub, 13 hərbçisəsir düşüb, 18 əsgərinin taleyi məlum deyil. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button